Əlaqə Arxiv
news Image
2012.04.09
12:26
| A A A
Misir Liderliyi üçün 23 nəfər namizədliyini irəli sürüb


Mövqe.az xəbər verir ki, Misirdə Hüsnü Mübarəyin  devrilməsindən sonra  ilk dəfə  prezident seçkiləri üçün  23 nəfər namizədliyinin irəli sürüb.

May ayında həyata keçiriləcəyi nəzərdə tutulan  seçkilərdə  ilin əvvəlində  ümumi seçimi qazanan İslamçı qrupların və Mübarək dövrünün bəzi qabaqcıl səlahiyyətlilərinin xalq qarşısındakı performansı əhəmiyyət daşıyır. Namizədliyini açıqlayanların arasında Misirin köhnə kəşfiyyat təşkilatı başçısı Ömər Süleyman da var.

Fələstin-İsrail danışıqlarında illərdir   vasitəçi olan və Mübarək əleyhindəki hərakatlar zamanı dövlət  başçısı müavini vəzifəsinə  təyin edilən  Süleymanın namizədliyi  müraciət etdiyi bina qarşısında toplanan bir qrupun təzahüratı ilə qarşılanıb.

Süleymanın ölkəni idarə edən hərbi şuranın dəstəyini də ala biləcəyi deyilir. Hayrat əl Şater  Süleymanın namizədliyini "Misir xalqına təhqir" olaraq xarakterizə edib.

Mübarək dövründə 12 il həbsdə olan Şater rəqibinin ancaq hiylə ilə seçkiləri qazana biləcəyini nəticədə isə Misir inqilabının yenidən başlayacağını söyləyib.

Misirdə ilk turu 23 və 24 Mayda keçiriləcəyi planlaşdırılan seçkilər  üçün namizədlik müraciəti 10 Martda başlayıb.

İlk turda heç bir namizəd lazım olan çoxluğun  razılığını qazanmazsa  iyunda ikinci tur keçiriləcək .

Namizədlər arasında Ərəb Birliyinin köhnə baş katibi Amr Musa, Müsəlman Qardaşlardan Abdülmuneym Əbul Futuh, baş naziri Əhməd Şefik və köhnə müxalif aktivistlərdən  Eymen Nur da var.

Namizədlər arasındakı tək qadın namizəd  olan Buteyna Kamil isə lazımı sayda imza yığa bilmədiyi  üçün seçkilərdə iştirak edə bilməyəcək.


Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz