Əlaqə Arxiv
news Image
2012.07.10
16:44
| A A A
Ərafatın məzarı açılacaq

Movqe.az xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas haqqında zəhərlənərək öldürüldüyü istiqamətində şübhələr olan sələfi Yasir Ərəfatın məzarının açılmasına icazə verib. Abbasın müavini Saib Erekat Abbasın Fələstin müstəqillik mübarizəsinin əfsanəvi lideri Ərafatın qalıqlarının çıxarılmasını təsdiq etdiyini və cəsədin test edilməsi  üçün İsveçrəli mütəxəssisləri ölkəyə dəvət etdiyini ifadə edib. Xatırladaq ki, İsveçrədə bir institut Ərafatın əşyasından polonium-210 adlı zəhərləyici radyoaktif maddə izinə rast gəlindiyini açıqlamış, bu şərh, köhnə Fələstin liderinin zəhərləndiyi şübhələrini yenidən canlandırmışdı.

Sizin Reklam Yeriniz