Əlaqə Arxiv
news Image
2012.07.10
20:05
| A A A
KİV nümayəndələri arasında TQDK-nın yaradılmasının 20 illiyi münasibətilə müsabiqə elan edilir

1) TQDK-nın təsis olunmasının 20  illiyinə həsr olunmuş ən yaxşı məqalə.

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcəkdir. Bu naminasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə pul  mükafatı təqdim olunacaq.     

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə "müsabiqəyə təqdim olunur" yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.   

 2)  TQDK-nın təsis olunmasının 20 illiyinə dair  ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq.    

 Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir.  



Müsabiqənin nəticələri sentyabrın 1-dən 5-dək elan olunacaq və qaliblər mükafatlandırılacaq.


Sizin Reklam Yeriniz