2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır
Movqe.Az Fövqəladə Hallar Nazirliyinin
məlumata əsasən xəbər verir ki, Bakı şəhəri, Sabunçu
rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2
nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə
yerinə cəlb olunmuşlar. Xilasedicilər doqquzmərtəbəli yaşayış
binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik
qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə
qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə
nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə
təhvil verilmişlər. Əməliyyat saat 19:21-də başa çatmışdır.