Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
ilə
Babayev Namiq Əsgər oğlu
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı
ilə
Bağırov Arzu Heydər oğlu
Batıyeva Afiqə Həsən qızı
Rüstəmov Çingiz İzzət oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul 2012-ci il.