Meksikada quş qripi aşkarlanıb
Movqe.Az İngiltərənin "Telegraph" qəzetinə
istinadən xəbər verir ki, Meksikada
quş qripinə rast gəlinib. Bu haqda məlumatı Meksikanın Kənd
təsərrüfatı Nazirliyi verib. Quşçuluq fermasında aparılan
yoxlamalar nəticəsində 148 fermadan 31-də quş qripi aşkarlanıb. 34
fermada isə təhlükəli vəziyyətlə qarşılaşıblar. Bunun qarşısını
almaq üçün son üç həftə ərzində 2,5 milyon quş yandırılıb. Meksika
quş qripindən ilk dəfə iyunun 20-si xəbər tutub, lakin mətbuata bu
xəbər 2 iyul tarixində çatıb.