news Image
2012.07.11
16:19
| A A A
Sirrli qadınla bağlı üç ssenari

Movqe.az xəbər veri ki, dünya son günlərdə Şimali Koreya lideri Kim Jongunun yanındakı qadının kim olduğunu barədə maraqlınır. Sirrli qadın sirrini qoruyarkən, üç ssenari ortaya çıxır. Ən maraqlı ssenari, Kim Jong-unun müğənni sevgilisiylə bərabər olması iddiasıdır.

Bacısı, sevgilisi, yoxsa həyat yoldaşı? Şimali Koreya lideri Kim Jongunun yanındakı qadının şəxsiyyəti mövzusunda fərziyyələr davam edir.

Cənubi Koreya qəzetindən Chosun İlbo, sirrli qadının, Şimali Koreya liderinin bacısı ola biləcəyi ehtımalını irəli sürür. Kim Yeo Jongun 1987-ci ildə dolduğu və böyük qardaşıyla 90-cı illərdə İsveçrədə birlikdə təhsil aldığı iddia edilir.

Sirrli qadınla əlaqədar ən maraqlı ssenarini isə Cənubi Koreya kəşfiyyatı ortaya atıb. Cənubi Koreya kəşfiyyat mütəxəssisləri, Şimali Koreya lideri Kim Jongunun yanındakı qadının şəxsiyyətini Hyon Song Wol olaraq açıqlayır. Bochonbo Elektron Musiqi Qrupunun köhnə vokalisti olan qadının daha əvvəlki evliliyindən bir uşağı olduğu və keçmişdə Kim Jongunla münasibətlərinin olduğu da kəşfiyyat hesabatlarına əks olunub.

İngilis Daily Telegraphın xəbərində də, Bochonbo Elektron Musiqi Qrupunun keçmişdə Şimali Koreyada oldukçta məşhur mahnılara imza atdığı bildirilir. Ancaq Kim Jongunun atasının vəzifəsini tutduğuna dair dedi-qodular çıxdığı dövrdə Bochonbo Elektron Musiqi Qrupu və Hyon Song Wolün adı bir anda musiqi bazarından silindiyi deyilir.

ATANIN VETO ETDİYİ SEVGİLİ

Buna səbəb olaraq isə, Kim Jongunun keçmişdə qadın müğənniylə əlaqə yaşadığı, lakin atası Kim-Il Sungun vetosuna ilişdiyi göstərilib. Atasının sağlığında bu vetoya uyğun gələn Kim Jongunun ölkənin iqtidarını əlinə alandan sonra, müğənni sevgilisiylə birgə görünməyə başlaması müdafiə olunub.

"Evləndi və həyat yoldaşıyla birgə göründü"

Ancaq bir başqa fərziyyədə şəkilldəki qadının Kim Jongunun həyat yoldaşı ola biləcəyini işarə edir. Cənubi Koreyadakı Kookmin Universitetində Şimali Koreya mütəxəssisi vəzifəsində olan Andrei Lankov, CNN-ə açıqlamasında bütün bu görünüşlərin diqqətlə icra edilən bir xalqla əlaqələr kampaniyasının məhsulu olduğunu iddia edib.

Lankov, heç zaman yoldaşıyla görüntülənməyən atasının sərt imicini silmək istəyən Jongunun ailə həyatını və insancıl istiqamətini önə çıxarmaq üçün dəvətlərə yoldaşıyla qatıldığı fikirindədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs