news Image
2012.07.12
07:50
| A A A
ARDNŞ-ın hotel biznesi ilə məşğul olmaq planları yoxdur
Qurumun Monteneqroda turizm layihəsi üzrə tenderə qatılmasının səbəbi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Monteneqroda turizm layihəsi üzrə tenderə qatılması şirkətin planları deyil və Azərbaycanın turizm şirkətlərinə dəstək göstərilməsi məqsədi daşıyır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsə də, imkanları tenderdə qoyulan tələblərə cavab verməyib: "Ona görə də ARDNŞ Azərbaycanın ən böyük şirkəti və iqtisadiyyatının lokomotivi olaraq, eləcə də beynəlxalq səviyyədə layihələr həyata keçirən və Avropada tanınan şirkət olaraq, Azərbaycanın turizm şirkətlərinə dəstək məqsədilə bu tenderə qatılıb". R.Abdullayev qeyd edib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq niyyətində deyil və belə planları da yoxdur: "Məqsəd Azərbaycanın turizm şirkətlərinə təşkilati və hüquqi dəstək göstərməkdir. Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. ARDNŞ-ın hotel biznesi ilə məşğul olmaq planları yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs