Səudiyyə Ərəbistan təslim oldu
Movqe.Az CNN-nə istinadən bildirir
ki, Səudiyyə Ərəbistanın London Olimpiadalarına iki qadın
idmançı göndərəcəyi açıqlanıb. Bu Səudiyyə Ərəbistanın tarixində
bir ilk olacaq.
AP-in əldə etdiyi məlumatlara görə, hələ rəsmi şəkildə elan edilməsə də, Səudiyyə Ərəbistan iki qadın idmançını London Olimpiadalarına göndərmək qərarına gəlib.
Qadın hüquqlarının son dərəcə məhdud olduğu Səudiyyə Ərəbistan, Olimpiya Komitəsi və İnsan Hüquqları qruplarının sıx təzyiqi ilə qarşılaşmışdı.
Bu təzyiqin nəticə verdiyi və Səudiyyə Ərəbistanının iki qadın idmançını olimpiadalara göndərməyə qərar verdiyi məlum olub.
Bu günə qədər olimpiadalara qadın idmançı göndərməyən Qatar və Brunei də 2012 London Olimpiya Oyunlarında komandalarına qadın idmançıları əlavə etdiyini açıqlaydıblar.