news Image
2014.09.01
10:55
| A A A
Türkiyənin təhsil naziri: “Prezident Ərdoğanın səfərindən sonra Azərbaycanla əməkdaşlığın yeni perspektivləri müəyyənləşəcək”

"Prezidentimizin səfərindən sonra Azərbaycanla əməkdaşlığımızın yeni perspektivləri müəyyənləşəcək". Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin təhsil naziri Nabi Avcı deyib.

 

"Azərbaycanla əməkdaşlıq sahəsində bəzi layihələr həyata keçirmisiniz. Bundan sonrası üçün hansı layihələriniz var?" – sualına N. Avcı belə cavab verib: "Qardaş Azərbaycanla əməkdaşlığımızın yeni mərhələsinin strateji planları hörmətli prezidentimiz Ərdoğanın 3 sentyabrda Bakıya səfəri zamanı hörmətli prezident Əliyevlə görüşündən sonra müəyyənləşəcək. Böyük ehtimalla, Bakıya mən də gedəcəyəm. Oradakı görüş və müzakirələrin nəticəsində əməkdaşlığımızın yeni  mərhələsinin kodları da ortaya çıxacaq. Strategiyamızı və konkret planlarımızı o görüşdən sonra sizinlə paylaşacağam".

 

Qeyd edək ki, 28 avqustda Türkiyə Böyük Millət Məclisində and içən Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə, sentyabrın 3-də isə Azərbaycana səfər edəcək.