news Image
2014.09.01
18:31
| A A A
“Peşmanam, dəymiş ziyanı ödəməyə hazıram” Xalid Mədətov
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan Xalid Mədətovun növbəti məhkəmə prosesi keçirilib.  "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu olan təqsirləndirilən Xalid Mədətov növbəti dəfə ifadə verib. O, ifadəsində bildirib ki, yol qəzasını törətdiyi avtomobil atasına məxsus olub və onu etibarnaməylə idarə edib: "Hadisə baş verən zaman maşından alışqan götürmək istədim. Bu zaman qarşıdan "Jiquli" markalı avtomobili gördüm, əyləcə basmaq istədim, amma işləmədi və qəza baş verdi. Sonra maşından çıxdım. Pilis və təcili yardım gəldi. Məni alkopol müayinəsi üçün Narkoloji Dispanserə apardılar. Mən hadisə zamanı alkoqol qəbul etməmişdim". 

Daha sonra Xalid Mədətəv bildirib ki, o, Ağasəlim Abdullayevin bədən xəsarətləri almasıyla bağlı  özünü təqsirli bilmir: "Çünki o, təhlükəsizlik kəmərini bağlamamışdı. Baş verən yol qəzasında özümü təqsirli bilirəm. Həmin ailə üzvləri kimi peşmançılıq hissi də keçirirəm. Dəymiş maddi ziyanı ödəməyə hazıram". 

Onun vəkili vəsadətlə çıxış edib. Dəymiş maddi və mənəvi ziyana görə Mədətovların kompensasiya ödəmək istədiyini amma Vüqar Abdullayevin bundan imtina etdiyini bildirib. Ağasəlim Abdullayevin oğlu Vüqar abdullayev də çıxışında bunu təsdiq edib: "Onun milyardları anamı-oğlumu qaytaracaq?!"