news Image
2014.09.02
11:16
| A A A
Yeni kitabın təqdimatı

1 sentyabr 2014 - cü il tarixdə Masallı Rayon Gənclər Mərkəzində həmyerlimiz Fariz Quliyevin "Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği" kitabının təqdimetmə mərasimi keçirilmişdir. Qeyd edək ki, qısa ensiklopedik toplu Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanmışdır. Yeni kitab Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarını əhatə edir. Bu ərazilərin tarixini, məişətini, tanınmış şəxsiyyətlərini, müasir həyatını oxucuya çatdırır. Birinci buraxılışda Boradigah və Ərkivan qəsəbəsi, Musaküçə kəndi, Çaxırlı və Şərəfə kəndləri haqqında məlumat verilir. Burada Masallının qəhrəmanları, görkəmli şəxsləri, uzunömürlüləri barədə də oxuyuruq.

Masallı Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri açaraq demişdir ki, kitabın "ÖN SÖZ" hissəsində AMEA Mərkəzi Elmi Kitabxanasının elmi işçisi GÜNAY ALLAHVERDİYEVA qeyd edir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanı tanı" mövzusundakı layihəyə əsasən hazırlanmış "Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği " adlı qısa ensiklopedik toplu informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə Azərbaycan Respublikasında gənclərin elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını və onlara Azərbaycanın cənub rayonlarının tanıdılmasının informasiya təminatı problemini həll etmək məqsədi ilə hazırlanmışdır.

Hazırlanan toplunun ideyası ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından ibarətdir.

Nəşrin məqsədi yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi istiqamətində onlara mənəvi və psixoloji təsirin göstərilməsi, gənclərimizdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, qəhrəmanlıq nümunələrinin onlar arasında təbliği, gənclərin Azərbaycanın cənub bölgəsinin milli-mədəni irsi və tarixi haqqında geniş məlumatlandırılmasıdır.

Cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Azərbaycan Respublikasının Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayon şərqdə Xəzər dənizi, qərbdə və cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min km 2 olmaqla ölkə ərazisinin 7%- ni əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığından və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür. Rayon təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Dünyada mövcüd 13 iqlim qurşagından 7-nə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Rütubətli subtropik iqlimə malikdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 753,7 min nəfər olmaqla ölkə əhalisinin 9,3 %-ni təşkil edir.

Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf etmişdir. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı-Lənkəran hava xətti fəaliyyət göstərir.

Gözəl təbii landşaftı, isti və soyuq mineral suları, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Topluda "Azərbaycan Gənclər Fondu: Gənclərin ideyalarının dostu" adlı məlumat xarakterli material, "Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər strategiyası", "Azərbaycanda dövlət gənclər siyasətinin nailiyyətləri" adlı məqalələr, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqarmının qısa xülasəsi, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları haqqında qısa ensiklopedik xarakterli materiallar əks olunub.

Kitabın müəllifi Fariz Quliyev, AMEA Mərkəzi Elmi Kitabxanasının elmi işçisi, doktorant Natiq Mürsəlov, Musaküçəli müəllim Asif Nuriyev, Təzəkənd orta məktəbinin müəllimi Xanbaba Həmidov, tanınmış jurnalist Əlıhüseyn Şükürov və başqaları "Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği" kitabını təqdirəlayiq olduğunu göstərib bu seriyadan olan kitabların mütəmadi buraxılmasını təklif etdilər.



Kitabın "M A S A L L I" bölümündə (sənifə 51) oxuyuruq:

"Mən çox şadam ki, Masallı çox sürətlə inkişaf edir, gözəlləşir, abadlaşır."

İlham Əliyev

Masallı.

Ərazisi- 720,97km

Şəhər-1

Qəsəbə-2

Kənd-100

İnzibati ərazi dairəsi-37

Bələdiyyə-36

Əhalisi-209,5 min nəfər

Tarixi.

Masallı rayonu ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.

"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb.

Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.

Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.

Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir.

Masallıda əhalinin etnik tərkibi də müxtəlifliyi ilə seçilir. Azərbaycan Dövlət Statistika Komitəsi və Masallı Rayonu İcra Hakimiyyəti saytına görə Masallının etnik tərkibi

78,73% azərbaycanlı,

21,14% talış,

0,07% rus,

0,06% digər millətlərdən ibarətdir

Masallı rayonu hər 1 km -ə düşən 288 nəfər əhalisi ilə dünyada Çindən sonra əhali sıxlığı olan ikinci məkandır. Masallıda əhali dünya sıxlığından 7 dəfə çoxdur.

1- şəhər, 2 qəsəbə, 100 kənddən ibarət olan rayonun tarixində tez-tez adlarına rast gəldiyimiz qəsəbə və kəndlərin bir neçəsinin tarixinə sizlərə nəzər salaq.

Ərkivan qəsəbəsi.

Ərkivan – Azərbaycan Respublikasın ın Masallı rayonunun inzibati ərazi vahidində qəsəbə.

Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.

Hazırki Ərkivan Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağların ın ətəyində yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub.

Deyirlər Ərkivan Dəştvəndin bir parçasıdır. Dəştvənd isə Talış xanlığın ın 8 məşhur mahalından biri olmuşdur. Bu mahal qərbdən Talış dağları , şərqdən Xəzər dənizi və Muğan düzü ilə, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub. Ərkivan isə bu mahalın mərkəzi, sanki üzük qaşı sayılıb. Bir sıra tədqiqatçılar isə ümumiyyətlə Dəştvənd və Ərkivanın eyni yer olduğunu bildirirlәr. S. Kazımbəyoğlunun fikrincə, " Talış xanlığın ın ən böyük mahallarından biri olan Ərkivan , xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərqi isə düzənlik olan bir mahal olmuşdur. Şimaldan və şimali-şərqdən Şirvan vilayəti, şərqdən Xəzər dənizi , cənubdan Lənkəran və dağlıq mahalları, qərbdən Səfdəşt mahalı və İranla sərhəd olmuşdur."

" Dəştvənd " adına görə bir çox tədqiqatçılar Ərkivan ı çöl kənarı, dəniz kənarı olan yer adlandırır. Sоn illərə qədər kənddə bir neçə yerdə tapılmış lövbər qalıqları buranın dəniz kənarında yerləşən bir yer olması ehtimallarını daha da gücləndirir. Xəzərin səviyyəsinin son minilliklərdə 6-7 dəfə kəskin şəkildə yüksəlməsi, Lənkəran şəhəri özü də daxil оlmаqlа, bir sıra yerlərin su altında qalması bu fikri bir daha təsdiq edir.

Bir sıra tarixçi alimlər Şeyx Sәfiəddinin (1252-1334) Ərkivanda olduğunu iddia edirlər.

Rus dilində çap edilmiş "Azərbaycanın tarixi coğrafiyası" kitabında XVI əsrə aid tərtib edilmiş xəritədə Ərkivan toponiminə də rast gəlirik.

Rus çarı I Pyotr ( 1672 - 1725 ) Ərkivan məntəqəsini Rusiya xadimlərindən "Kerç" ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə etmişdi.

Bəs, "Ərkivan" nə deməkdir?

"Ə rk " fars dilind ə " qala ", " istinadgah ", " i " birl əş dirici s ə s , " van " is ə yer dem ə kdir . Ə rkivan ı n m ə nas ı qalan ı n yax ı nl ığı nda , istinadgah yerind ə sal ı nm ış k ə nd dem ə kdir . Ə rkivan qalal ı yer , qala yeri dem ə kdir . "Ə rk " qala , " van " yer dem ə kdir . Ba ş qa bir m ə nb ə d ə – Vaqif Yusiflinin "Ə rkivan v ə ə rkivanl ı lar " kitab ı nda is ə g ö st ə rilir : Ə rkivan , Ə rk ə van , Ardjuvan v ə Akon kimi g ö st ə rilir . " Akon " tal ış dilind ə "ə kon " s ö z ü nd ə ndir . "Ə" o , " k ə" ev , " on " c ə m şə kil ç isidir . Bu toponimin tal ış ca daha inand ı r ı c ı variant ı " Arkon " dur , y ə ni ə rklil ə r dem ə kdir .

Dilçi alim, professor Ağamusa Axundov yazır ki, "Ərkivan" qala yeri deməkdir.

Məlum olduğu kimi, tariximizdə mühüm və əhəmiyyətli yer tutan səfəvilər dünyəvi və ruhani hakimiyyətini birləşdirmişdilər. Ərkivanın səfəvilərlə bağlılığı artıq təsdiq olunmuş həqiqətlərdəndir. Tarixçi alimlər Şeyx S ә fiəddinin Ərkivan kəndində (7 il) yaşadığını ( 1274 - 1281 ) qeyd edirlər. Tarixi mənbələrin verdiyi məlumata görə, 1501 -ci ildə Təbrizd ən qayıdarkən Şah İsmayıl Xətai yolüstü Ərkivanda dayan а r а q bir müdd ә t dincəlmiş və Şeyx S ә fiəddin bulağından su içmişdir.

V-VI əsrlərdə tikilmiş Ərkivan qalası isə həmişə hərbi strateji əhəmiyyətə malik olmuşdur. Aparılan elmi tədqiqatlar Ərkivan qalasının müdafiə məqsədilə tikildiyini və düşmənə qarşı mərdliklə döyüşmüş Ərkivan əhalisinin qəhrəmanlıq simvolu olduğunu göst ә rir.

Nadir şahın vəfatından sonra İranda mərkəzi hakimiyyət zəifləyir və Azərbaycanda ayrı-ayrı xanlıqlar, o cümlədən XVIII əsrin sonlarında Talış xanlığı meydana çıxır. Ərkivan qalası Talış xanlığının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazilərindən biri hesab olunur.

XVIII əsrin əvvəllərindən başlayaraq Ərkivan Rusiya dövlətinin diqqətini cəlb etməyə başlamışdır. XIX əsrin əvvəllərində Rusiya və İran arasında g е d ә n müharibə dövründə (1904-1913) Ərkivan hər iki tərəf üçün mühüm əhəmiyyətə malik idi. Təsadüfi deyil ki, general P.S.Kotlyarevskinin rəhbərliyi ilə rus qoşunları Talışa gələrkən ilk növbədə Ərkivanı ələ keçirməyi daha vacib hesab edirdi. Bu z а m а n Ərkivanı Sadiq xanın rəhbərliyi ilə İran qoşunları qoruyurdu. O, Kotlyarevskiyə müqavimət göstərməyib cənuba doğru geri çəkildi. Rus qoşunları Ərkivanı ələ keçirtdil ә r. A. A. Bakıxanov yazır: " General Kotlyarevski Muğana gedib burada Qarabağ elatını və Ərkivanı aldı." "Rus və Talış qoşunlarının qələbəsi nəticəsində Ərkivan vuruşunda düşmənin 2 topu və çoxlu silahı ələ keçirildi."

"Cəvahirnameyi-Lənkəran" kitabında Ərkivan qalası barədə yazılıb: "Bu qala Mir Mustafa xanın səadət ulduzu çıxmamışdan Mir Əhməd xanın və onun əmisi uşaqlarının məskəni olmuşdur. Hazırda onlardan bir dəstəsi, o cümlədən, Mir Əhməd xanın övladlarının tikdirdiyi imarətin binası dağıdılmışdır". Аmmа 1747 - 1750 -ci illərdə Ərkivan qalasın ın içində həmin imarəti tikmək üçün Mir Həsən xana vəsait verilmişdir.

Həmin kitabda həmçinin qeyd olunmuşdur ki, bu imarət bir-birinin içində yerləşən üçqat divardan hörülmüş qala içərisində olmuşdur.

1812 -ci il dekabrın 31-də 1813 -ci ilin yanvarına keçən gecə Lənkəran şəhəri və Ərkivan tamamilə rusların əlinə keçir. Gülüstan sülh müqaviləsind ən sonra Ərkivan qalasında imarəti olan Mir Həsən xan burada hakimiyyət başına gəlir.

Bu gün Ərkivan qalasın ın taleyi necədir? Ərkivanın Cəbili məhəlləsində yerləşən bu abidə qızıl həvəskarlarının və həvəskar arxeoloqların kortəbii qazıntıları nəticəsində insafsızcasına dağıdılıb. Yaşlı adamların bildirdiyinə görə, bəziləri dərin quyulardan qiymətli zinət əşyaları tapmışlar.

Uzun illər indiki Masallı rayonunun mərkəzi, paytaxtı olmuş Dəştvənd-Ərkivan, 1930 -cu ildə Azərbaycan Sovet Respublikasında rayonlaşma aparılarkən mərkəz funksiyasını indiki Masallı şəhərin ə vermişdir. Həmin vaxt kənddəki məşhur Qala bazarı da Masallıya köçürülmüşdür.

Ərkivanda iqlim şəraiti subtropikal iqlim qurşağına aiddir.Bu ərazidə yay vaxt havanın tempraturu bəzən 40 dərəcəyədək qalxa,bəzən isə 20 dərəcəyə düşə bilir,qış vaxtı isə bəzən -10 dərəcəyədək düşə,bəzən isə,müsbət 20-30 dərəcəyədək qalxa bilər.

Əhali .

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Ərkivan kəndində 155 evdə 572 nəfəri kişilər, 478 nəfəri isə qadınlar olmaqla 1.050 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.

1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Ərkivan kənd cəmiyyəti tərkibinə daxil olan Ərkivan kəndində 183 evdə şiə etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 1.507 nəfər (940 nəfəri kişilər, 567 nəfəri qadınlar) əhali yaşayırdı.

Kəndin ərazisi 2294 hektardan artıq olmaqla 13 məhəlləni, 3765 ev təsərrüfatını əhatə edir. Əhalisinin sayı 17000 nəfərdən artıq, torpağı məhsuldar və bərəkətlidir. Ərazidə 4 orta, 1 əsas məktəb, mədəniyyət evi, 4 kitabxana, sağlamlıq mərkəzi, 2 feldşer-mama məntəqəsi, poçt, uşaq bağçası, yanacaq və qaz doldurma məntəqələri, qaz paylayıcı stansiya, 4 kərpic, 5 çörəkbişirmə, 2 makaron, 1 şəkər, 1 mineral su qablaşdırma sexi, 2 un dəyirmanı, Seyid Sadıq ziyarətgahı, 9 məscid, 3 stadion, idman meydançaları, istirahət mərkəzləri, bir sözlə, qəsəbə statusunun verilməsi üçün bütün infrastruktur vardır. Kəndin əmək qabiliyyətli əhalisi kənd təsərrüfatının bütün sahələrində, habelə sənaye, ticarət, istehsal xidmətləri sahəsində, dövlət qurumlarında və təhsil ocaqlarında çalışırlar.

Görkəmli şəxsiyyətləri.

· Vaqif Yusifli (d.20 aprel 1948-ci il Ərkivan, Masallı rayonu, Azərbaycan Respublikası) - Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət işçisi. "Azərbaycan" jurnalının baş redaktor müavini

· 5 mart 2013 -cü ildə Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilmişdir

Musaküçə kəndi.

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasın ın Lənkəran qəzasın ın Musakücə kəndində 83 evdə 312 nəfəri kişilər, 269 nəfəri isə qadınlar olmaqla 581 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə həm dövlət xəzinəsinə, həm də mülkədara məxsus idi və kənddə bir məscid var idi.

Qızılağac kəndi.

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 500 nəfər əhali yaşayırdı.

Təzəkənd.

Oykonim rayonun Zuvand adlanan mahalından köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır , Təzəkənd Yeni kənd mənasındadır. Təzəkənd kəndi 1936-cı ildə yaradılmışdır

Kənd ərazisində 2 məscid tibb məntəqəsi R.Nəbiyev adına orta məktəb, kitabxana, kino klub və poçt var. Təzəkən Azərbaycanin cənub-şərqində Xəzər dənizinin Qızılağac körfəzi sahilində Baki-Astara avtomobil yolunun sol hissəsində yerləşir. Təzəkənd Masallınınn Qızılağac Sərçuvar və Lənkəranın Qumbaşı kəndləri ilə həmsərhəddir. Təxminən 3000-ə yaxın əhalisi var. Əhalisi milli mənsubiyyətinə görə azərbaycanlıdır. Əhalinin əksəriyyəti şiələrin yeddinci imamı Museyi Kazim (ə)-ın nəslindən olub seyyiddir. Təzəkəndlilər Qarabağ muharibəsində iki şəhid veriblər.Bunlar Rövşən Nəbiyəv və Roman Əliyevdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva 2005-ci il sentyabrın 9-da, Prezident İlham Əlievin cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda tikintisi yenicə başa çatmış Təzəkənd məktəbində olmuşdur.

Boradigah - Azərbaycan ın Masallı rayonunun tabeçiliyində şəhər tipli qəsəbə ( 1966 -cı ildən).

İnzibati ərazi vahidi üzrə Boradigah qəsəbəsi Mollaoba və Babaser kəndlərini özündə birləşdirir. "Boradigah" toponimi haqqında müxtəlif mülahizələr söylənilir. Boradigahı "bura digahdır" (yəni bura kənd yeridir) kimi izah edənlər də var. Daha inandırıcı mülahizəni coğrafiya elmləri doktoru, dosent N.Məmmədov söyləyir. O, "Boradigah" toponimi haqqında yazır: "Toponimin yazılışı "Bırə diqo"dur. Mənası tikanlıqdakı kənd yeri deməkdir. Talışca "Bır" – tikan, "o" – birləşdirici səs, "di" — kənd, "qo" — yer mənasındadır.

XVIII əsrə qədərki tarixi mənbələrdə Boradigah toponiminə demək olar ki, rast gəlinmir. Talış xanlığı inkişaf etmiş, ticarət, sənətkarlıq və mühüm yaşayış məntəqələrindən biri kimi tanınmağa başlayır. Təsadüfi deyil ki, xanlığın ərazi inzibati xəritələrində mühüm yaşayış məntəqəsi kimi Boradigah da göstərilir. Boradigah toponiminə XIX əsrə aid olan mənbələrdə tez-tez rast gəlinir. Belə ki, XIX əsrdə yaşayıb-yaratmış şairlərdən Mirzə Əziz şeirlərindən birində Lənkəran qəzasına məxsus 14 toponim sırasında Boradigahın da adını çəkir:

Kənd sizun, şəhər sizun, kasibi-ərbab sizun,

Məscidu, mədrəsəvü, məktəbi-tüllab sizun.


Gərmətük, Şağlakücə, Xolmili, bir də Butəsər,

Cəmişəvanü, Şiləvar, Girdəni, Murdab sizun.


Boladi, Boradigah, Cil, Veravul, həm Vilvan,

Şağlaserdə nə qədər nehrə, küpə, qab sizun...

Məlum olduğu kimi, talış hakimi Mir Mustafa xan ( 1787 - 1814 ) mülkiyyətini sağlığında ikən ailə üzvləri arasında bölüşdürmüşdü. Boradigah onun ikinci oğlu Mir Hüseyn xana məxsus əraziyə daxil idi. Boradigahlılar vergini ona verirdilər. Tədqiqatçı F.Əsədovun fikrincə, Mir Hüseyn xan hər il Boradigahdan 360 tümən vergi alır və bundan əlavə 9 dəyirmandan gələn gəlir də ona çatırdı.

1853 - 1854 -cü illərdə Boradigahda inşa olunmuş memarlıq abidəsi olan məscid hazırda da istifadə olunur. Onun tikintisi Boradigahın tarixində mühüm mədəni hadisələrdən biridir.

1913 -cü ildə cəmi 700 həyətdən ibarət olan Boradigah kənd icması Mir Əsgər xanın 130 desyatin torpağını zəbt edərək ona icarə haqqı verməkdən imtina etmişdi. Hətta Yusif adlı kəndli xanı öldürmək məqsədilə ona güllə də atmışdı. Maraqlı budur ki, Mir Əsgər xan boradigahlıların öhdəsindən gələ bilməmiş, acizanə surətdə Qafqaz canişini N.Nikolayeviçə şikayətlənərək yazmışdı: "Boradigahlılar bizim torpaq sahələrimizi zəbt etmişlər, bizə icarə haqqı da vermirlər".

Bu dövrdə kənd təsərrüfatlarında su həlledici rol oynayırdı. Uzunluğu 21 km olan Boradigah çayı ilə əlaqədar Boradigah və qonşu Qəzvinoba kənd sakinləri arasında tez-tez ciddi mübahisələr olurdu. Hər iki tərəf çayın haçalandığı qolları öz tərəfinə axıtmağa cəhd edirdi. Hətta bu mübahisələr dava-dalaşa səbəb olurdu. Nəhayət, 1914-cü ildə hər iki kəndin camaatı bu mübahisəyə son qoymaq məqsədilə çayın haçalandığı yerdə ucu sivri paya basdırır və şərtləşirlər ki, kim özünü bu payanın üstünə atıb öldürərsə, su onların olacaq. Boradigahdan Kulə Kələ ləqəbli birisi özünü payanın üstünə atıb öldürür və çay o vaxtdan Boradigahın içi ilə axmağa başlayır.

Hadisənin canlı şahidlərindən olan Boradigah ağsaqqalları indi də Kulə Kələnin fədakarlığından – öz ölümü ilə iki kənd camaatı arasındakı su mübahisəsinə son qoymasından danışır.

Qəsəbədə çay fabriki, 2 orta məktəb, kinoklub, xəstəxana, avtomat telefon stansiyası var. Boradigahda arxeoloji abidələrdən "Ağbala təpəsi" və "Mehti təpəsi" (Tunc dövrü) mühafizə olunmuşdur. Boradigahda 27 dekabr 2007-ci il tarixində Azərbaycan memarlığı üslubuna uyğun yeni məscid binasının təməli qoyulmuş və onun inşası hazırda davam edir.

Boradigah qəsəbəsi Lənkəran ovalığında, rayon mərkəzindən 12 km cənubda, Boladi çayının sol qolu olan Boradigah çayının hər iki sahilində yerləşir.

14 may - 17 dekabr 1886-cı ild ə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası , Lənkəran qəzası , Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba , Şatıroba , Babaser , Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman talışlar dan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı.

2009 -cu il siyahıyaalınmasına əsasən, Boradigah qəsəbəsi sakinlərinin sayı 10681 nəfərdir (qəsəbə mərkəzində 6280 nəfər).

Elmi ad alanlar .

· Abbasov Əliqulu Əliabbas oğlu – kənd təsərrüfatı elmləri namizədi

· Ağayev Alı Məmmədrəhim oğlu – baytarlıq elmləri namizədi

· Ağayev Sərraf Ələşrəf oğlu – texnika elmləri namizədi

· Aslanov Gülağa Qulam oğlu – fizika-riyaziyyat elmləri namizədi

· Babayev İsmayıl Səyyad oğlu – texnika elmləri doktoru

· Babayev Sayadulla Musa oğlu – filologiya elmləri doktoru

· Bayramov Rauf Rəhim oğlu – fizika-riyaziyyat elmləri namizədi

· Bəşirov Çingiz Adil oğlu – hüqüq elmləri namizədi

· Əliyev Qulamhüseyn Nüsrət oğlu – filologiya elmləri namizədi

· Fəttayev Miri Cəlal oğlu – biologiya elmləri doktoru

· Kişiyev Alxas Xalıq oğlu – hüquq elmləri doktoru

· Məcidov Sahib Əsəd oğlu – pedaqoji elmlər namizədi

· Məmmədov Faiq Cəbrayıl oğlu – fizika-riyaziyyat elmləri namizədi

· Məmmədov Xəlil Teymur oğlu – kimya elmləri namizədi

· Nəsirov Vaqif İbad oğlu – fizika-riyaziyyat elmləri doktoru

· Novruzov Məmmədhüseyn Mustafa oğlu – texnika elmləri doktoru

· Tağıyev Bahadır Hüseyn oğlu – fizika-riyaziyyat elmləri doktoru

· Zeynalov Naib Eynalı oğlu – texnika elmləri namizədi

· Zeynalov Oqtay Saleh oğlu – texnika elmləri namizədi

Qarabağ döyüşlərində

· Cavadov Zəfər Əlihüseyn oğlu (12.09.1974-20.04.1994)

· Əliyev Niyaməddin Məmməd oğlu (12.12.1973-21.11.1993)

· Məmmədov Qeysər Heybət oğlu (19.07.1974-12.01.1994)

· Nağıyev İnqilab Şabala oğlu (16.04.1974-27.03.1993)

· Paşayev Fərasət Qubad oğlu (02.12.1973-02.02.1994)

· Şiriyev Bəxtiyar Qurbanəli oğlu (22.04.1973-06.08.1992)

· Şıxəliyev Elşən Nadir oğlu (15.08.1973-30.09.1992)

Görkəmli şəxsiyyətləri

· İsmayılov Akif

· Ağayev Nurməmməd

· Axundova Elmira – millət vəkili

· Bəşirov Çingiz

· Hüseynoğlu Gülhüseyn

· Qurbanov Məmməd

· Nəsirov Qubad

· Şeyx Məhəmməd Sadiq Boradigahi

· Seyid Ramin – jurnalist

· Ağayev Xanoğlan

· Soltanağa Zülfüqarov

· Xanəli Zülfüqarov

Mahmudavar - Azərbaycan Respublikasın ın Masallı rayonunun inzibati ərazi vahidində kənd. Kənddə olan tarixi abidələr.

1. XVI əsrə aid Baba Seyidağa türbəsi

2. XIX əsrə aid dağ-qoç fiquru

3. Peqədim ziyarətgahı

1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Mahmudavar kənd cəmiyyəti tərkibinə daxil olan Mahmudavar kəndində 115 evdə şiə etiqadlı müsəlman talışlardan ibarət 748 nəfər (426 nəfəri kişilər, 322 nəfəri qadınlar) əhali yaşayırdı.

Şərəfə – Azərbaycan Respublikasın ın Masallı rayonunun inzibati ərazi vahidində kənd. Şərəfə kəndinin əsası cənubi Azərbaycanın Ərdəbil şəhəri ətrafindakı Şərəfabad kəndindən XV əsrdə köçmüş 7-8 ailə tərəfindən qoyulmuşdur. Bu ailələr səfəvilərlə qohum olduğuna və qızılbaş ideyalarını daşıdıqlarına görə Seyid Nəbiyyədin Səfəvi ilə Qaraqoyunlu hökümdarı Rüstəm Mirzənin təqibindən qaçaraq əvvəllər qalın meşə olmüş indikı Şərəfə ərazısındə məskunlaşmışlar.Seyid Nəbiyyəddin 20-25 yaşlarında xəstlikdən vəfat etmişdir (Bu tarixi Adəm Seyfullayev kənd ağsaqqallarından eşitmişdir). Hal- hazırda Seyid Nəbiyyəddin Səfəvinin məzarı Çaxırlı (Masallı) kəndındədir. Şərəfə kəndində XIX əsrə aid məscid fəaliyyət göstərir.XIX əsirə aid gümbəzlı kənd hamamı otən əsrin 90-cı illərinədək fəaliyyət göstərsədə sonradan baxımsızlıqdan dağığılmışdır. Bundan başqa kənd arxı üzərindədə XIX əstə aid tağ körpü indidə ıstifadə olunur. Şərəfə kəndı Masllı rayonunu ziyalı kəndlərindəndir. Kənd əhalisinin əksəriyyəti alı vəya orta ixtisas təhsillidir. Kənddə 11 illik təhsil bazasında orta məktəb, kənd tibb məntəqəsi, kitabxana, aptek, poçt, Bələdiyyə və icra nümayəndəliyi binası, 2 şadlıq evi fəaliyyət göstərir. Əfsuslar olsun ki, 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərilən klub binası baxımsızlıqdan dağılmışdır. Vaxtı ilə o klubda Şövkət Ələkbərova ,Elmira Rəhimova, Akademik milli dram və Musiqili dram teatirının çıxışları olmuşdur. Kəndin Özfəaliyyət ansanbılı və Halay qrupu var. Şərəfə kəndi Binə Xocavar, Çaxırlı, Digah , Bala Təklə, Səmidxan və Ağakişibəyli kəndləri ilə həmsərhəddir. Bakı-Astara yolunun 500 metrmiyində yerləşir. İqlimi quru subtpoik iqlimdir. Kəndin cənub-qərbində böyük su ambarı yerləşir. İçməli su mənbəyi yoxdur. Mal-qara və əkinlərin suvarılmasında əsasən quyu suyundan istifadə edilsədə içmək üçün yararsızdır.Quyu sularında ağır metal duzları olduğundan su coddur. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasın ın Lənkəran qəzasın ın Şərəfə (Şərəf-abad) kəndində 54 evdə 202 nəfəri kişilər, 132 nəfəri isə qadınlar olmaqla 334 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar [1] yaşayırdı. [2] Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi. [2]

Şərəfə kənd inzibati ərazi dairəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir. [3] 2012-ci ilin sonuna olan məlumata əsasən bu ərazi dairəsinin sahəsi 1.121 hektar, əhalisi isə 3.962 nəfərdir. [3]

Şərəfəlilər Böyük Vətən müharıbəsində və Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmuş, itkin və şəhidlər vermişdir.

Şərəfə kəndi ilkin dövrdən əkinçılilik və heyvandarlıqla məşğul olub .Sovet illərində əvvəlcə kolxoz ,sonra isə sovxoz təsərrüfatı fəaliyyət göstərsədə iqtisadiyyat fəaliyyəti dəyişilməmış qalıb. Belə ki əhali dənlı bitkilər(çəltik,arpa, buğda,qarğıdalı,noxud və s.), tərəvəz bitkiləri (xiyar,pomidor,kələm,badımcan,soğan,bidər və s.), bostan bitkiləri(qarpız,yemiş,boranı və s.) yetişdirməklə , iri və xırda buynuzlu (inək, camış və qoyun) mal -qara saxlamaqla məşğul olmuşdur.Kənddə yerləşən su anbarında balıq saxlanılır. Kənddə pendir sex i fəaliyyət göstərir.

Masallının qəhrəmanları.

1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinə getmiş 10 914 nəfər Masallı sakinindən 4 248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu həlak olub.

Qarabağ muharibəsində 5 min nəfərə yaxın Masallı sakini vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan 4 nəfəri - Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 3 nəfər Masallı döyüşçüsünə Azərbaycan Bayrağı ordeni verilmişdir.

Masallının görkəmli şəxsləri

XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər verib. İqtisadiyyat sahəsindəki uğurlarına görə SSRİ dövründə 50 nəfərdən çox Masallı Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülmüşdür.

Masallı rayonunun uzunömürlüləri.

1) Hüseynova Ruqiyyə Ağa qızı - 01.04.1883 Əkivan kəndi.Azərbaycanlı. Savadsız

2) Hüseynova Arəstə Mirzəli qızı - 06.08.1892 Əkivan kəndi Azərbaycanlı savadsız

3)Novruzova Kifayət Yaqub qızı -20.12.1894 Əkivan kəndi Azərbaycanlı savadsız

4) Səfərov Dəmir Qasım oğlu - 10.06.1897 Təzəkənd kəndi azərbaycanlı oxuyub yazmağı bacarır

5) Ağayev Mirzəmməd Rəhman oğlu -06.07.1890 Təzəkənd kəndi azərbaycanlı oxuyub yazmağı bacarır

6)Sadıqova Tura Balakişi qızı 18.06.1898 Böyük Xocavar kəndi Azərbaycanlı ibtidai

7) Nehmətova Səbiyyə Yaqub qızı 13.07.1892 Böyük Xocavar kəndi Azərbaycanlı oxuyub yazmağı bacarır

8) Rüstəmova Qızqayıt Əhməd qızı 01.06.1900 Bədəlan kəndi Azərbaycanlı savadsız

9) Babayeva Umi Hənifə qızı 25.01.1900 Böyük Kolatan kəndi Talış savadsız

10)Şıxalıyeva Xanımcan İsmayıl qızı 22.08.1886 Böyük Kolatan kəndi Talış savadsız

11) Abbasova Zeynəb İsmayıl qızı 15.01.1893 Bala Kolatan kəndi Talış savadsız

12)Cavadov Yaqub İsmayıl oğlu 04.11.1890 Güllütəpə kəndi Azərbaycanlı savadsız

13) Nurullayeva Qədəm Məmməd qızı 10.10.1900 Tətian kəndi Azərbaycanlı savadsız

14)Babayeva Balanisə Yaqub qızı 04.09.1886 Yelağac kəndi Azərbaycanlı savadsız

15)Baxışov Nayıb Bayram oğlu 01.07.1886 Yeni Zuvand kəndi Azərbaycanlı savadsız

16)Abbasova Pəsənd Kərim qızı 01.07.1900 Yeni Zuvand kəndi Azərbaycanlı savadsız

17)Yaqubova Əsnayi Ağaqulu qızı 16.10.1900 Abasbəyli kəndi Azərbaycanlı savadsız

18)Qaradaşov Bəhmən Eynalı oğlu 12.07.1900 Kürdəbaz kəndi Azərbaycanlı savadsız

19)Vəliyeva Çini Novruz qızı 01.10.1892 Dəmbəlov kəndi Talış oxuyub yazmağı bacarır

20)Nəsirova Əcəb Fəttah qızı 10.06.1900 Mahmudavar kəndi Talış ibtidai

21)Kişiyev Xankişi Əbdül oğlu 01.06.1898 Mahmudavar kəndi Talış savadsız

22)Fərəcova Bilqeyiz Məmmədbağır qızı 10.03.1888 Mahmudavar kəndi Talış savadsız

23)Vəliyeva Sona Məhərrəm qızı 10.05.1898 Mahmudavar kəndi Talış ibtidai

24)Əmirxanova Hürnisə Ələsgər qızı 15.09.1899 Təzə Alvadı kəndi Azərbaycanlı ibtidai

25)Qurbanov Xudakərim Əziz oğlu 01.07.1900 Meşəkənarı kəndi. Azərbaycanlı ibtidai.

26)Heydərova Fəxrəddin Dadaş qızı 1900 Türkoba kəndi Talış oxuyub yazmağı bacarır

27)Hüseynova Durna Şabı qızı 1900 Təzə Alvadı kəndi Azərbaycanlı savadsız

28)Səmədova Səlmi Qədir qızı 1900 Mollahəsənli kəndi Azərbaycanlı savadsız

29)Əliyeva Hübeydə Məhərrəməli qızı 1898 Türkoba kəndi Azərbaycanlı savadsız

Coğrafi mövqeyi.

Respublikanın cənubunda yerləşən Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı – Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.

Qoruqlar

Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab"a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan "Qızılağac" ağacı (el arasında ona Razdar da deyilir) qorunur.

Tarixi və memarlıq abidələr

Boradigah Cümə Məscidi (1853-1854)

Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.

Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.

Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur

* XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi;

* III – IX əsrlərə aid Mahmudavar kəndində türk yaşayış yeri arxeoloji abidə;

* IX – X əsrlərə aid "Ərkivan qalası";

* Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri;

* XIX əsrə aid Masallı şəhər Cümə məscidi;

* XIX əsrə aid Boradigah məscidi;

* XIX əsrə aid Qızılavar məscidi;

* XIX əsrə aid Masallı şəhərində hamam;

* XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;

* XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı;

* XIX əsrə aid Sığdaş kəndində Mirsəli ocağı;

* XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;

* XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;

* Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları;

* Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları;

* XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;

* Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;

* Orta əsrlərə dair Ninalov kəndində Səhhət qalası;

* XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı;

* XIX əsrə aid Şərəfə məscidi və hamamı ;

* Tunc dövrünə aid Şərəfə kurqanı.

Azərbaycan Respublikası Mədəniyyət və TUrizm Nazirliyinin 01 fevral 2012-ci il tarixli 37 saylı əmri ilə Masallı şəhəri Azərbaycanın Folklor Paytaxtı elan edilmişdir.Elə həmin il iyun ayında bu layihə çərçivəsindəMasallı Şəhərində birinci, 2013-cu ilin iyunun da isə ikinci Beynəlxalq Folklor festifalları keçirilmişdir.

Son iki ildə Masallı şəhərində Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Folklor Festivalı yüksək səviyyədə keçirilir. İldən-ilə festivalda iştirak etmək istəyən ölkələrin sayının artması və miqyasının genişlənməsi onu deməyə əsas verir ki, Masallı bu festivala layiqincə ev sahibliyi edir. Ənənəyə uyğun olaraq iyun ayının 12-dən 15-ə qədər Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Masallı Beynəlxalq Folklor Festivalının keçirilməsi rayonumuz üçün tarixi bir hadisə idi. Bu festivalda Azərbaycanla bərabər bir çox ölkələrdən, o cümlədən Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstandan folklor kollektivləri iştirak etmişlər.

2-15 iyun 2014-cü il tarixində Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi III Beynəlxalq Folklor festivalının keçirilib. III Beynəlxalq Folklor festivalında daha çox ölkənin iştirakı təmin edilib və keçən il olduğu kimi bu il də Masallı Azərbaycanı şərəflə təmsil etdi. Qeyd edək ki, elə 1 sentyabr 2014 -cü il tarixdə həmyerlimiz Fariz Quliyevin "Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği" kitabının təqdimetmə mərasimi Lənkəran şəhərində də keçirilmişdir.