news Image
2012.04.09
16:10
| A A A
Annan Sərhəddə gəlir

Birləşmiş Millətlər Təşkilatının (BMT) və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın, Suriya ordusunun şəhərlərdən çəkilməsi üçün verdiyi müddətin başa çatdığını və aprelin 10-da Türkiyəyə gəlməsi gözlənilir.

Annan Suriyadan qaçanların sürətlə artması və Suriya lideri Bəşər Əsədin əməliyyatlara son verməklə bağlı vədinin hələ yerinə yetirilmədiyi iddiaları səsləndiyi bir zamanda, diplomatik görüşlər keçirmək və və mühacir düşərgələrini ziyarət etmək üçün Türkiyəyə gedəcək.

O, ötən həftə xarici işlər naziri Əhməd Davutoğlu ilə telefon danışığı zamanı silahlı zorakılqdan qaçaraq Türkiyəyə sığınan 25 minə qədər mühacirin taleyi haqqında da müzakirələr aparıb. BMT-nin keçmiş rəhbəri, "ilk fürsətdə Türkiyəyə gələ biləcəyini" açıqlayıb.

BMT xüsusi nümayəndəsi Annan, həftə sonunda verdiyi açıqlamada, 12 aprel 06.00-də qüvvəyə minəcək atəşkəsə qərarına baxmayaraq silahlı zorakılığın davam etdiyini, bütün bunların olması isə onu şok etdiyini açıqlayıb. Zorakılığın davam etməsinin "qəbul edilməz olduğunu" vurğulayan Annan, Əsəd rejimini xəbərdar edib. Müxaliflər, Suriya ordusuna aid təxminən 90 tank və zirehli vasitəsəni özündə birləşdirən bir qüvvətlə İdlib şəhərinə əməliyyat təşkil etdiyini iddia edir.


Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs