Sabahın hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 04-də hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində
əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın
temperaturunun gecə 23-26, gündüz 29-34 dərəcə isti olacağı
gözlənilir. Atmosfer təzyiqi normadan
aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60
faiz təşkil edəcək. Abşeron
çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan,
Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti
təşkil edəcək. Azərbaycanın
rayonlarında isə sentyabrın 04-də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək,
gündüz arabir güclənəcək. Havanın
temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17,
gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.