news Image
2014.09.04
14:17
| A A A
Jurnalistin yol qeydləri
Rəssam Çingizin tərəvəz məhsullarından qurulmuş Azərbaycan xəritəsi

...Biz bir dəstə azərbaycanlı RF Murmansk şəhərindən Lavozera kəndinə yola düşdük.

Yol boyu doğma Azərbaycan, Masallı haqqında danışırdıq. Burada Masallı söhbətləri ona görə üstünlük təşkil edir ki, vilayətdəkilərin çoxu məhz Cənubun bu regionunun adamlarıdır. Ümumiyyətlə Uzaq Şimalda 25 minədək qədər həmvətənlimiz yaşayır. Onlar doğma Vətənimiz haqqında, onu yüksəlişindən, iqtisadiyyatın qurulmasından söhbət açırlar.Maşınımız irəlilədikcə məsafə azalırdı. Yevlaxlı dostumuz Əsgər yenə də qoca anasından danışa-danışa ağlayırdı və onda 2005-ci ildə özü də, anası da salamat idilər. İndi ana-bala Yevlaxda uyuyurlar.


Rahat asfalt yolun o üz - bu üzü hündür küknar, çinar ağacları ilə əhatələnmişdi.Hamını Günəşin hərarəti isidirdi. Sentyabr ayı olsa arabir yolda dayanıb sərinlənirdik. Əsgər deyirdi ki, heç belə gün yayda olmamışdı. Qurban olun Azərbaycanın ,torpağına, daşına

Hər yerdə belə danışırdı, tərəvəz bağının direktoru olanda da bekarçılıqda da... Məhz ona görə azərbaycanlı Əməkdar inşaatçı Əsgər bizdən fərqlənirdi.Lavozeraya bizi Murmansk vilayəti "Umumrusiya Azərbaycan Konqresi" (ÜAK) fəallarını beynəlxalq tədbirə dəvət ediblər. Onu da deyim ki, vilayətin Lavozera rayonunun Lavozera kəndi Revda qəsəbəsindən sonra ikinci şəhər tinli kənd yaşayış məskənidir. 3200-ə yaxın əhalisi var. Bu kənd saamilərin, Kola yarmadasının mədəniyyət mərkəzi sayılır. Saamilər azsaylı xalqlar bu bu vilayətdə torpaq sahibləridir.Dünyada yaşayan saamilərin çoxu məhz bu kənddə məskunlaşmış, doğma torpağını göz bəbəyi kimi qoruyur, adət-ənənələrini nəsildən-nəsilə ötürürlər.Mənimçün maraqlı o idi ki, kənddə "Lavozerskaya pravda" qəzeti çap olunur. Murmansk vilayəti saamilərinin ictimai təşkilatı məhz bu kənddə yerləşir. Saamilərin özlərinin qəribə, bənzərsiz həyat tərzi var. Onlar Günəşli günlər yox, soyuğu çox sevirlər.Əsasən maral saxlamaqla və balıq ovlamaqla məşğuldurlar. Yay vaxtlarında isə mazoşka toplayırlar. Bütün bayramlar və festivallar, həmçinin beynəlxalq tədbirlər bu ərazidə keçirilir. Məhz ona görə Lavozeranı "Rusiya Loplan dünyasının paytaxtı" adlandırırlar.

Tədbirnə də kəndin sakinləri, qonaqlar, jurnalistlər, müxtəlif millətlərin diaspora nümayəndələri toplanmışdı. Uzaq Şimala nadir sayılan xoş payız havası bizi mədəniyyət mərkəzinə qədər müşayiət etmişdi. Mərkəzin binası saamilərin alaçığını xatırladırdı. Ağbaşlı, arıq və uzun boylu bir nəfər yaxınlaşıb soruşdu ki, azərbaycanlılar sizsiniz? Dedim ki, bəli. Sonra özü haqqında məlumat verdi:

- Mən rəssam Çingiz Babayevəm. Əslim Naxçıvanlıdır. Özüm də rəssamam. Bu gün mənim əsl işim olan tərəvəz məhsullarından qurulmuş Azərbaycan xəritəsinin təqdimatını keçirəcəyik. Ona görə hazır olun, Azərbaycan haqqında, doğma ölkəmiz barədə ətraflı məlumat vereməyə çalışın. Yoldaşlarımızdan bizi soruşdu ki, bəs bizə nəyə görə əvvəlcədən xəbər verməmisiniz?

Təzə tanışımız Çingiz dedi:

- Sizi narahat etmədim,sürpriz etmək istədim. bazarlardan, maqazalardan bizdə yetişdirilib Uzaq Şimala gətirilib.

Beynəlxalq tədbir başladı. Əvvəlcə yerli televiziya jurnalistlərinin Çingiz Babayeva həsr etdikləri sənədli film nümayiş etdirildi. Sonra rəssamın əl işindən ibarət Azərbaycan xəritəsinə baxış keçirildi. O, bu barədə məlumat verdi. Azərbaycanda yetişdirilən, əl işinə rövnəq verən alma, armud, badımcan, pomidor, xiyar və sair məhsulların qeyri-adi xəritədə yer almasından söz açdı.

Hamı heyrət içərisində bu ecazkar xəritəyə tamaşa edirdi. Analoqu olmayan bu sənət əsəri azərbaycanlı rəssamın duyğularına necə gəldiyi barədə düşünür, iftixar hissi keçirirdik. Həmyerlimizin yaradıcı şəxsin bu süprizinə "əhsən" deyirdik.

Söz "ÜAK"-ın Murmansk bölməsinin o vaxtkı rəhbəri Mirrafiq Bədirova veriləndə dedi ki, həqiqətən bu gün özü bizim üçün əlamətdardır.

Ölkəmiz haqqında sualları cavablandırdıq. Maraqla keçən tədbirin sonunda bizi saami mətbəxinə qonaq etdilər.Maral ətindən hazırlanmış xörəklər ləzzətli idi. qəzet və televizyalardan gəlmiş jurnalistlər doğma Vətənimiz, tərəvəzdən hazırlanmış xəritədən xoş təəssürat aldılar. Elə həmin gün, axşamüstü geri qayıtdıq. Qırmızı günəş şüaları yolumuzu nurlandırırdı. Arabir maşından düşüb meşəni gəzir, uğurundan danışırdıq.