news Image
2012.04.09
16:16
| A A A
Bağışdan Slovak atalar sözüylə cavab
Qondarma Erməni soyqırımının inkarını cinayət sayan Slovakyada Ali Məhkəmə sədri Stefan Harabinin sərt sözlərinə Bağış cavab verib.

Movqe.az xəbər verir ki, "Erməni soyqırımının inkarını cinayət Slovakyada, Ali Məhkəmə rəhbəri Stefan Harabin, ölkələrində "soyqırımı" inkar edən türk rəsmilərinin həbs ediləcəyini söyləmişdi.

Slovakyanın keçmiş ədliyyə naziri və baş nazir köməkçisi olan və hələ də Ali Məhkəmə sədri olan Stefan Harabinin, "Hansı səviyyədə türk səlahiyyətlisi olursa olsun, əgər Slovakyada Erməni soyqırımını inkar etsə, dərhal beş il həbs cəzası veriləcək" sözlərinə, Egemen Bağışdan cavab gəlib.

AB  Naziri və Başmüzakirəçisi Bağış, ''Slovakların atalar sözündə deyilir ki, "yalanın qıçı qısadır", onun üçün də tarixdəki yalanlarla məşğul olmaqdansa, tarixdəki gerçək ağrılara əyilsinlər'' deyib.

Bağış, Svissoteldə təşkil edilən Krımlılar Gecəsində bu sözləri deyib.

Krım xalqının böyük əziyyətlər çəkdiyini, amma əsla bundan bəhs etmədiyini; nə qədər ailələrin parçalandığını, nə qədər insanların vətən həsrətinə məhkum edildiyini ifadə edən Bağış, ''Bu gün dünyanın fərqli ölkələrində parlamentlərdə bizim şanlı tariximizi sorğulamağa qalxanlara, kiçik beyinləriylə tariximizə ləkə sürməyə qalxanlara Krımda nələr olduğunu araşdırmalarını tövsiyə edirəm.

Ən sonda bilirsiniz Slovakyada yenidən gündəmə gəlməyə çalışan keçmiş bir siyasətçi özünü və həddini aşan üslubsuz bir sıra cümlələr işlədib. Ona da Slovakların bir atalar sözüylə buradan, Krımlıların, dostlarımın, qardaşlarımın yanında xatırlatmaq istəyirəm ki, həm də öz atalar sözünü öyrənsin. Slovakların atalar sözü deyir ki, "yalanın qıçı qısadır", onun üçün tarixdəki yalanlarla məşğul olacaqlarına tarixdəki gerçək ağrılara əyilsinlər.''


Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs