Əlaqə Arxiv
news Image
2014.09.04
18:50
| A A A
Qəbələdə 8 ton narkotik aşkarlandı

Qəbələ rayonu ərazisində 8 tona yaxın çətənə bitkisi aşkar olunaraq məhv edilib. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində 11500 ədəd, cəmi çəkisi 7 ton 900 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Çətənə kolları yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.

Sizin Reklam Yeriniz