news Image
2014.09.05
11:55
| A A A
Bu rayonlar qazsız qalacaq
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu gün saat 15:00-dək Sumqayıt şəhərinin bir hissəsinə, təmir işləri başa çatanadək Nizami rayonunun bir hissəsinə, təbii fəlakətlə bağlı qaz təchizatı şəbəkəsində texniki tədbirlər başa çatdırılanadək isə Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq. Fasilələrin yaranması qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.