news Image
2014.09.05
14:13
| A A A
Bakıda əməkdar müəllim imdad istədi

Paytaxtın General Şıxlinski küçəsi ev 19, mən.154 nömrəli evdə yaşayan sakini, əməkdar müəllim, Almaz Həsrət bu ünvanda yaşayan, heyvanlara qarşı amansız davranışa qarşı bütün ictimaiyyəti ayıq olmağa çağırır. Movqe.az-a məktub ünvanlayıb. A. Həsrət Movqe.az-a ünvanladığı məktubda yaşadığı ərazidə heyvanlara qarşı amansız rəftardan, kiçik pişik balalarının diri- diri yandırılaraq, diri-diri torpağa basdırılması hallarının olmasını qeyd edib. Bu davranışlar həyətdə yaşayan körpə və uşaqlara pis nümunə olduğundan bunun qarşısını almaq üçün bizdən və bütün KİV-dən kömək istəyir. Hörmətli redaksiya, bildiyiniz ki, heyvanları da biz insanlar kimi Tanrı yaradır. Tanrının yaratdıqlarına qarşı əzazil davranmaq, onlara qəsd eləmək günahdır. Həyətdəki qəddar və vəhşiliklə sonuclanan davranış binada yaşayan uşaqların tərbiyəsinə çox pis nümunədir, həm davranışı, həm də danışıq tərzi ilə fərqlənən adamlar uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Xahiş edirəm bunu ictimaiyyətə çatdırılmasında və o cür xarakterli adamların heyvanlara etdiyi qəddar, amansız davranışına qarşı mübarizə aparmağımızda dəstək və yardım edərdiniz. Ümid edirəm ki, insanlığın hələ də ölmədiyi bir dönəmdə bu halın qarşısının alınmasında bizə yardım edəcəksiniz. Öncədən göstərəcəyiniz kömək və dəstəyinizə görə sizə minnətdarlığımızı bildirirk. Hörmətlə, binanın sakini Almaz Həsrət.