Nazir vətəndaşların problemini internetdə həll etdi (FOTO)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində
(RYTN) bölgələrdə əhali ilə keçirdiyi
görüşlərin nəticələri və icrası ilə bağlı videokonfrans keçirilib.
Movqe.az-ın məlumatına görə, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyində (RYTN) prezident İlham Əliyevin
tapşırığına əsasən respublikanın bölgələrində RYTN-in əhali ilə
keçirdiyi görüşlərin nəticələri və icrası ilə bağlı videokonfrans
keçirilib.Əhaliyə göstərilən
telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı
xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə
əhalini maraqlandıran məsələlərlə bağlı rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasovun vətəndaşlarla keçirdiyi açıq
görüşlərdə iştirak etmiş və 12 rayonu təmsil edən 20 vətəndaş
onlayn şəkildə nazir tərəfindən təkrar qəbul
olunublar.Videokonfransda qeyd olunub ki,
2014-cü il ərzində bölgələrdə nazir Əli Abbasovun qəbulunda olmuş
148 nəfər vətəndaşdan 142 nəfərin müraciəti müsbət həllini tapıb, 6
nəfərin etdiyi müraciətin icrası üçün isə qoyulan müddət hələ başa
çatmayıb və hazırda müraciətlərə nəzarət edilir.
Hacıqabul, Neftçala, Astara, Siyəzən, Lerik, Şamaxı, Qax, Gəncə, Şabran və digər rayonlardan edilən təkrar müraciətlər işlə təmin olunma, EATS-ın nömrə tutumunun artımı, ailə vəziyyəti ilə əlaqədar iş yerinin dəyişdirilməsi, internetlə təmin olunma, kəndin telefonlaşdırılması, rabitə sahəsində "Rabitə ustası" fəxri adı ilə təltif edilmə, telefon nömrələrinin artması və ya rabitə şöbəsinin yaradılması, rəqəmsal TV-dən istifadə edilməsinə köməklik və s. məzmunda olub.
Sözügedən məsələlərlə bağlı nazirə edilən müraciətlərin icrası həll edilib, həmçinin nazirin tapşırığına əsasən, Qax şəhərində yerləşən 2 saylı liseyə 10 ədəd notebook əvəzsiz olaraq verilib, uzun müddət rabitə sistemində işləyən revmatizmdən əziyyət çəkən Neftçala rayon sakininin (Pakizə Alxasova) Naftalan sanatoriyasına yollayış alınmasına köməklik göstərilib, prosesin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.
Qəbulun sonunda nazir sahə üzrə yerli idarəedici qurumlara vətəndaşların müraciətlərinin daim diqqətdə saxlanılması, edilən hər bir müraciətə xüsusi qayğı və diqqətlə yanaşılması, eyni zamanda icra müddəti tamamlamayan müraciətlərin qoyulan müddətdə həlli ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, RYTN-in əhali ilə keçirdiyi görüşlərin nəticələri və icrası ilə bağlı videokonfransların təşkili artıq ənənə halını alacaq. Belə ki, bölgələrdə keçirilən görüşlərdə nazirə edilmiş müraciətlərin icra vəziyyətinə daha dəqiq nəzarət etmək üçün RYTN-də hər 6 aydan bir videokonfarns keçiriləcək.