news Image
2014.09.06
21:05
| A A A
Ebola virusu ölüm hallarına görə rekord vurur
Ölüm saçan Ebola qızdırması virusunun hücumları davam edir. Bu təhlükəli xəstəliyin qarşısını almaq üçün milyonlarla xərc tələb olunur.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Qərbi Afrikada Ebola qızdırması virusu ilə mübarizə üçün azı 600 milyon dollar vəsait xərclənilməlidir. Xəstəliyin qurbanlarının rəsmi sayı iki min nəfərə yaxınlaşır.

Ebola qızdırması virusundan ölənlərin sayı 1900-ü keçəndən sonra Dünya Səhiyyə Təşkilatı (DST) təsdiq edib ki, bu xəstəliyin əvvəlki epidemiyasının kədərli rekordu təzələnib (1976-cı ildə bu virusdan 24 nəfər ölüb). Təkcə ötən həftə ərzində Ebola qızdırmasından təqribən dörd yüz nəfər dünyasını dəyişib.

DST-nin baş direktoru Marqaret Çan Qvineya, Syerra Leone və Liberiyada Ebola virusuna təsdiq edilmiş və potensial yoluxma hallarının 3500-ə çatdığını bildirib və qeyd edib ki, epidemiya sürətlə yayılır. Nigeriyada, Seneqalda, Konqo Demokratik Respublikasında da bu virusa yoluxma halları qeydə alınıb.

Xanım M.Çan jurnalistlərlə söhbətində bildirib ki, yaranmış böhrana qarşı qlobal tədbirlər sayəsində bu xəstəliyin 6-9 ay ərzində dayandırıla biləcəyinə ümid bəsləyir.

"Sərhədsiz həkimlər" təşkilatının prezidenti Coann Lyu isə təşvişlə bildirib ki, dünya birliyi bu təhlükəli xəstəliyin qarşısında acizdir.