Əlaqə Arxiv
news Image
2014.09.07
22:04
| A A A
50 terrorçu məhv edildi
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, Nigeriyanın şimal-şərqindəki Borno əyalətində təşkil edilən əməliyyatda Boko Haram təşkilatının 50 üzvü öldürülüb.

Suriya ordusu Twitter hesabında ölkənin şimal-şərqindəki Borno əyalətinin Konduga şəhərində Boko Haram təşkilatı xadimlərinin saxlandığı yerə təşkil edilən əməliyyatda 50 terrorçunun öldürüldüyü, bir zabit və 3 əsgərin yaralandığını yazıb.

Əməliyyatda bir top, 2 zenit, bir zirehli vasitə və müxtəlif sursat ələ keçirilərkən bəzi təchizat, silah və qida maddələri də məhv edilib.

Bir tərəfdən də Nigeriyanın şərqindəki Adamava əyalətinin Colak şəhərinin Boko Haram təşkilatının nəzarətinə keçdiyi bildirildi. Üsyançılar Colakda onlarla insanı öldürüb və çox sayda adamı evsiz qoyublar.
Sizin Reklam Yeriniz