Əlaqə Arxiv
news Image
2014.09.08
12:20
| A A A
Səhiyyə Nazirliyindən yaralılarla bağlı-RƏSMİ AÇIQLAMA
Anar Qədirli: "Həmin xəstənin döş qəfəsində sınıqları da var" Xırdalanda baş vermiş partlayışda yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yaralılar 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, baş verən hadisə zamanı xəstəxanaya 5 yaralı gətirilib. Onlardan 1-i 15 yaşında uşaqdır. Yaralılardan 1-i reanimasiyaya yerləşdirilib. Hazırda reanimasiya tədbirləri aparılır. Həmin xəstənin döş qəfəsində sınıqları da var. 3 uşaq 1 qadın isə palataya yerləşdirilib. Onların vəziyyəti normaldır".
Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov isə bildirib ki, 2001-ci il təvəllüdlü Yunis İsmayılovun aşağı ətrafları yanıb. Onun sözlərinə görə, uşaq palataya yerləşdirilib, həyati təhlükəsi yoxdur. Onun atası 1972-ci il təvəllüdlü Vidadi İsmayılovun isə bədəninin 90 faizi yanıb, vəziyyəti ağır qiymətləndirilir, həyati təhlükəsi yüksəkdir. Qeyd edək ki, Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən ikisinin adı məlum olub. Onlar 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğludur. Qeyd edək ki, Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan iki şəxs yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.a
Sizin Reklam Yeriniz