news Image
2014.09.09
12:34
| A A A
Ruhani, Xameneyinin alnından öpdü

Prostat problemi olan 75 yaşındakı İran lideri Ayətullah Əli Xameneyi dünən səhər paytaxt Tehrandakı dövlətə aid bir xəstəxanada əməliyyat olunub. Movqe.az xəbər verir ki, Prezident Həsən Ruhani, əməliyyat olan ölkə lideri Ayətullah Əli Xameneyini xəstəxanada ziyarət edib. Ruhani, Əli Xameneyinin alnından öpüb. Ruhani, əməliyyatın müvəffəqiyyətli keçdiyini və ölkə liderinin səhhətinin yaxşı olduğunu söyləyib.

Həmçinin Ruhaninin ölkənin şimalındakı Xorasan Rezevi əyalətinə etdiyi səfərdə proqrama gec gələn xüsusi qələm müdiri Məhəmməd Nehavendiyan, yoldan keçən bir motosikleti dayandıraraq yığıncağa yetişməyə çalışıb. Ruhaninin xüsusi qələm müdirinin bu hərəkəti ölkə mediasında böyük əks-səda yaradıb. 

Bəziləri, Nehavendiyanın  təvazökar hərəkətini alqışlayıb, bəziləri, ali səviyyə bir dövlət məmurunun yol qaydalarına əməl etməməsi və kaska taxmamasından ötəri tənqid edib.