news Image
2014.09.09
13:33
| A A A
Dağıntılan altından azyaşlının cəsədi belə çıxarıldı - VİDEO

Abşeron rayonu Xırdalan şəhərində yaşayış binasında baş verən uçqun zamanı dağıntılar altında qalan 8 yaşlı Aydan Abbasovanın axtarışları gecə saatlarına qədər davam edib. ANS TV-nin məlumatına görə, əvvəlcə hadisə yerinə FHN-nin ağır texnikası cəlb olundu. Azyaşlının meyidinin uçqun baş verən ərazidə aşağı mərtəbədə olması dəqiqləşdiriləndən sonra bina söküntü işlərinə başlanılıb. Aydan Abbasovanı axtarmaq üçün həmin əraziyə xüsusi təlim görmüş itlər də gətirilib. Ağır texnika işini sona çatdırandan sonra isə axtarıların növbəti mərhələsini xilasedicilər həyata keçirib. Təxminən gecə saat 03:00 radələrində xilasedicilər balaca Aydanın beton pilitələr arasında sıxılıb qalan meyidini tapmağa nail olublar. Meyit həmin yerdən çıxarılaraq hadisə yerində olan təcili yardım maşını ilə morqa göndərilib.