news Image
2014.09.09
14:42
| A A A
Bakıda yaşayış binasında yanğın olub - FOTO

Bakıda yaşayış binasında yanğın olub. APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 45 A ünvanında qeydə alınıb.

 

Doqquz mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verən yanğının söndürülməsinə bir yanğınsöndürən maşın cəlb edilib.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.