news Image
2014.09.09
11:00
| A A A
Akademik Ramiz Mehdiyevin açıq jurnalistika dərsi

Xəbər verdiyimiz kimi avqustun 29-da   Azərbaycanın siyasi xadimi,   Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995-ci ildən), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü,  Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri,  akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib.  


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, kütləvi informasiya vasitələrinin rəhbərləri və dövlət orqanlarının rəsmi şəxslərinin iştirakı ilə keçirilən toplantının əsas məqsədi Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır.


Prezidrnt Administrasiyanın rəhbəri Ramiz Mehdiyev bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərib. O, xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran Ramiz Mehdiyev deyib:


"Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır".


Hörmətli Ramiz müəllım qeyd edib ki, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Son 11 ildə Azərbaycanın hər bir vətəndaşın fəxr edə biləcəyi inkişaf yolu keçdiyini diqqətə çatdıran Ramiz Mehdiyev bildirib ki, KİV-lər ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.


Müşavirədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Səadət Yusifova, dövlət orqanlarının mətbuat xidmətlərinin və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər. Sentyarın 4-də "Respublika" qəzeti 4-5-ci səhifələrində   həmin geniş çıxışı " Ramiz Mehdiyev. Vətənpərvərlik, milli dövlətşıliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir" adı altında çap etmişdir. Həmin yazını diqqətlə oxudum və belə bir qənaətə gəldim ki, akademikin fikirləri ictimaiyyətin fikirləri ilə üst-üstə düşür.Dünya bilir ki, neçə zamandır xəyanətkar qonşu ilə üz-üzə dayanmışıq.İşimizi bilirik: ya müharibə, ya da sülh yolu ilə Azərbaycanın arrılmaz hissəsi olan Dağlıq Qarabağ torpaqlarini azad etməliyik.Artıq son hadisələr göstərdi ki, orduda və vətəndaş cəmiyyətimizdə vəhdət var.Vətənpərvərlik hissi güclənib, səbir kasası daşır, adamlar Ali Baş Komandanın-Azərbaycanın Prezidenti cənab İlham Əliyevin əmrini gözləyir.O, müharibə ruhlu bütün zqmrədən olan vətəndaşlara birbaşa səngərdən öz təşəşkkürünü bildirdi. Dedi ki,  b u gün ölk ə mizin iqtisadi, siyasi potensialı Erm ə nistandan qat-qat artıqdır, üstündür. Son ill ə r ordu quruculuğu sah ə s ind ə görül ə n işl ə r n ə tic ə sind ə biz h ə rbi üstünlüyü d ə ə ld ə etmişik v ə öz potensialımızı getdikc ə daha da artıracağıq. Münaqiş ə nin h ə lli yalnız ölk ə mizin ə razi bütövlüyü ç ə rçiv ə sind ə mümkündür. Dağlıq Qarabağ Az ə rbaycan ə razisidir. Tarixi, ə z ə li Az ə rbaycan torpağıdır. Beyn ə lxalq hüquq normaları bizim mövqeyimizi d ə st ə kl ə yir. Bütün dünya Dağlıq Qarabağı Az ə rbaycan ə razisi kimi tanıyır. Biz heç vaxt Az ə rbaycan torpağında ikinci qondarma "erm ə ni dövl ə ti"nin yaradılmasına imkan verm ə y ə c ə yik, öz ə razi bütövlüyümü zü b ə rpa ed ə c ə yik: ya sülh yolu il ə , ya h ə rbi yolla. Biz h ə r iki varianta hazırıq. Son h ə ft ə ə rzind ə v ə ondan ə vv ə lki dövrd ə t ə mas x ə ttind ə müşahid ə olunan m ə nz ə r ə onu dem ə y ə ə sas verir ki, biz ist ə nil ə n varianta hazırıq. Nec ə ki, siyasi v ə iqtisadi meydan da erm ə nil ə r ə qalib g ə lmişik, döyüş meydanında da onlara qalib g ə lm ə y ə qadirik. Biz güclü h ə rbi potensiala malikik. Artıq bu, müxt ə lif vaxtlarda nümayiş etdirilib. H ə rbi t ə liml ə rd ə v ə paradlarda bizim texnikamız nümayiş etdirilir. Amma bizim ə n böyük gücüm üz ə sg ə rl ə rimizin c ə sar ə ti, v ə t ə np ə rv ə rliyidir. Bu gün Az ə rbaycanda el ə göz ə l g ə nc n ə sil yetişib ki, onların hamısı Ali Baş Komandanın ə mrini gözl ə yir. Son hadis ə l ə r d ə bunu göst ə rir. H ə tta h ə rb işind ə n k ə narda olan insanlar da öz fikirl ə rini, ist ə kl ə rini bildirirl ə r, könüllü olaraq c ə bh ə bölg ə sin ə getm ə k ist ə yirl ə r. Bu, m ə ni çox sevindirir v ə onu göst ə rir ki, Az ə rbaycanda v ə t ə np ə rv ə rlik ruhu yüks ə kdir. M ə n ə vi üstünlük bizim t ə r ə fimizd ə dir. Erm ə nistandan is ə son hadis ə l ə rd ə n sonra ə hali kütl ə vi köç ə başlamı şdır. Onsuz da son ill ə r ə rzind ə Erm ə nistanı orta hesabla ild ə 70-80 min v ə t ə ndaş h ə miş ə lik t ə rk edirdi. Ancaq son günl ə r ə rzind ə bu köç daha da güclü olmuşdur. Y ə ni onlar bizd ə n qorxurlar, panikadadırlar. Özl ə ri etiraf edirl ə r ki, xarici yardım olmadan Er m ə nistanın müst ə qilliyini saxlaya bilm ə zl ə r. Açıq ş ə kild ə etiraf edirl ə r ki, xarici qüvv ə l ə r ə güv ə nirl ə r. Biz is ə öz xalqımıza, öz gücümüz ə güv ə nirik. Biz öz ə razi bütövlüyümüzü b ə rpa ed ə c ə yik v ə etm ə liyik. Az ə rbaycan xalqı öz ordusunu sevir, ona inanır, g üv ə nir. Siz ordumuzun inkişafında böyük xidm ə tl ə r göst ə rmisiniz. Bizim, ə lb ə tt ə , bütün h ə rbi hiss ə l ə rimizd ə xidm ə t ed ə n ə sg ə r, gizir v ə zabitl ə r çox böyük qiym ə t ə layiqdirlər. Ancaq sizin ə m ə liyyatlarınızın, xüsusi t ə yinatlı bölm ə l ə rd ə xidm ə t ed ə n ə sg ə r v ə zabitl ə rimizin xüsusi xidm ə ti vardır. Siz h ə r an öz h ə yatınızı risk altına salırsınız, böyük q ə hr ə manlıq göst ə rirsiniz. M ə n bunu yüks ə k qiym ə tl ə ndirir ə m v ə ist ə yir ə m Az ə rbaycan xalqı da bilsin ki, bizim nec ə göz ə l döyüşçül ə rimiz, q ə hr ə manlarımız var.


Amma, "sapı ğzümüzd ə n olan baltalar" ki, var   "Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsini təşkil edir. Nə qədər absurd olsa da, onların məntiqindən belə çıxır ki, bu günə kimi Azərbaycanda müasirliyə doğru, demokratiya yolunda heç bir müsbət iş görülməyib. Onların əsas hədəfi Azərbaycanı ölkə və dünya ictimaiyyətinə "dəhşətli obraz"da təqdim etməkdir. Təsadüfi deyil ki, belə media orqanlarının fəaliyyəti hətta tanınmış xarici jurnalistlərin də kəskin etirazı ilə qarşılanır....Baxın, Əkrəm Əylislinin məlum ermənipərəst "Daş yuxular" yazısı Azərbaycan ictimaiyyətinin hiddətinə, vətəndaşların kəskin etirazlarına səbəb olduğu halda, bəzi müxalif qruplar və məlum antiazərbaycan şəbəkə onun müdafiəsinə qalxmış, guya Azərbaycanda insanların öz fikirlərinə görə təzyiq və təqiblərə məruz qaldığı iddia etmiş, xarici təşkilatlara müvafiq donoslar göndərmişlər. Sülh və Demokratiya İnstitutu adlı qurumun rəhbəri Leyla Yunus erməni xüsusi xidmət orqanları ilə işbirliyində, dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə şübhəli bilinərək həbs olunur, müxalif dairələr və məlum şəbəkə isə onun müdafiəsini təşkil edirlər."(R.Mehdiyev).


Qarayaxan "mətbuat növü"nə də hörmətli akademik mesaj edb:


"Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər. Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların fəaliyyətinin əsasını təşkil etməlidir. Eyni zamanda, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır." 


Akademik R . Mehdiyev Azərbaycanda milli ideologiyanın təbliği ,   dövlətçilik şüurunun möhkəmləndirilməsiqorunması və davamlılığının təmin olunmasıhda  xidmətlər göstərib, indi də bu yolda yorulmadan addımlayır. O, tanınmış və təcrübəlı dövlət xadimidir.Böyük həyat yolu keçmişdir. Ə m ə k f ə aliyy ə ti "X ə z ə rd ə nizneft" İdar ə si, Az ə rbaycan LKGİ MK-da, t ə limatçı, Az ə rbaycan LKGİ Naxçıvan vilay ə t komit ə si, ikinci katib, Moskva Dövl ə t Universitetinin f ə ls ə f ə fakült ə si, kiçik elmi işçi, as pirant, Az ə rbaycan Dövl ə t Universitetinin Elmi kommunizm kafedrası, mü ə llim , Az ə rbaycan KP MK-nın T ə bliğat v ə t ə şviqat şöb ə si, Elm v ə t ə dris şöb ə si, mühazir ə çi, şöb ə müdirinin müavini , 26 Bakı komissarı adına rayon partiya komit ə si, birinci katib , Az ə rbaycan KP MK-nın Elm v ə t ə dris şöb ə si, T ə şkilat-partiya şöb ə si, müdir , Az ə rbaycan KP MK, katib , Az ə rbaycan Elml ə r Ak ademiyasının İctimai-siyasi T ə dqiqatlar v ə İnformasiya İnstitutu, şöb ə müdiri , Az ə rbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöb ə si, müdir v ə 07.02.1995 – ci ild ən hal-hazıra kimi Az ə rbaycan Respublikası Prezidenti Administrasiyasının r ə hb ə rl iyi il ə bağlıdır. Hörmətli akademikin rusca olan əsərləri indi böyük kitabxanaların rəfindədir.

 

Akademik bildirmişdir ki, son hadisələr də nəzərə alınmaqla kütləvi informasiya vasitələrinin yaydıqları qanunazidd məlumatları aşağıdakı kimi təsnifləşdirmək olar:

- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, onların döyüş və səfərbərlik hazırlığı haqqında məlumatların yayılması;

- silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları haqqında məlumatların yayılması;

- milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi haqqında məlumatların yayılması;

- qoşunların dislokasiyası, hərəkəti, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatların yayılması;

- Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında məlumatların yayılması;

- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatların yayılması;

- rəsmi instansiyaların açıqlamalarını gözləmədən cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılması;

- həlak olmuş və yaralanmış hərbi qulluqçular haqqında şişirdilmiş məlumatların təqdim olunması;

- həlak olmuş hərbi qulluqçuların adları və soyadları, rütbələri, həlak olma şəraiti haqqında məlumatların yayılması;

- sərhəddə və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri haqqında məlumatların yayılması;

- hərbi hissələrin komandirləri, rəhbər vəzifəli şəxsləri haqqında məlumatların açıqlanması və s.


Qeyd edilməlidir ki, bu məlumatların tam əksəriyyəti "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanunu ilə mühafizə olunur və həmin qanunun 5-ci maddəsinə əsasən onların yayılması qadağandır. Qanunun tələbinə əsasən dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir. Həmin qanun dövlət sirrini mühafizə etməyə məsul şəxsləri və icra strukturlarını, hərbi sirr təşkil edən məlumatları sadalayır, eyni zamanda, milli qanunvericiliyimiz bu sirrin açılmasına görə məsuliyyət müəyyən edir.

 

Axırda Prezident Administrasiyasının rəhbəri dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin rəhbərlərinə də müvafiq tapşırıq və tövsiyələrini verib.