Əlaqə Arxiv
news Image
2012.07.14
11:13
| A A A
Azərbaycan prezidenti Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə sərəncam imzalayıb
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan rezidentinə təqdim etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan rezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Qanuna dəyişikliyə əsasən, döymə maddəsi Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə transfer olunub. Məcəllədə işgəncə sözü əzab sözü ilə əvəzlənib. 

İnzibati Xətalar Məcəlləsinə isə sağlamlığa xəsarət yetirmə maddəsi əlavə edilib və döymə bu maddədə əksini tapacaq.

Cinayət Məcəlləsinin 133-cü maddəsinin adı (İşgəncə vermə) dəyişdirilərək "Əzab vermə" adlandırılıb. Bu maddənin 133.1 maddəsində mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağır və psixi iztirab verməyə görə cəzanın müddəti 3 ildən 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etməyə, eyni əməl işgəncə verməklə törədildikdə verilən cəzanın müddəti 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına endirilib (əvvəl 3 ildən 7 ilədək olub).
 
Sizin Reklam Yeriniz