Əlaqə Arxiv
news Image
2014.09.09
21:20
| A A A
Prezident Füleni qəbul etdi
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib

Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Movqe.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizlə Avropa İttifaqının əlaqələrinin müxtəlif sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Görüşdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, enerji sahələri ilə bağlı müzakirələr aparılıb.

Sizin Reklam Yeriniz