Əlaqə Arxiv
news Image
2012.04.09
18:04
| A A A
GUAM Milli Əlaqələndiricilər Şurasının sabah Bakıda keçiriləcək görüşündə Azərbaycanın quruma sədrliyinin prioritetləri müzakirə ediləcək
Aprelin 10-da Bakıda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçiriləcək

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə ediləcək.

Bundan əlavə, GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də "GUAM +" formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xatırladırıq ki, Azərbaycan 2012-ci ilin yanvarın 1-dən bir il müddətinə GUAM-da Sədrlik funksiyalarını öz üzərinə götürüb. Görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.

Sizin Reklam Yeriniz