news Image
2012.07.14
11:25
| A A A
Azərbaycan paytaxtının ən böyük prospektlərindən biri bu gündən təmirə bağlanır
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, "Dalğa Plaza"nın qarşısından "Azneft" dairəsi ilə Azadlıq meydanınadək dənizkənarı bulvar boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə start verilib. Bununla əlaqədar iyulun 14-dən qeyri-müəyyən vaxtadək Neftçilər prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. 

Sürücülərdən alternativ yollardan - Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi; Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti və Zərifə Əliyeva küçəsindən Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçəsi; Rəsul Rza küçəsindən keçməklə Xaqani küçəsinə; Bülbül prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Səməd Vurğun küçələrindən istifadə etmələri xahiş olunur.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs