Əlaqə Arxiv
news Image
2014.09.10
18:40
| A A A
Sumqayıtda naməlum kişi meyiti tapılıb - FOTO

Sumqayıtda naməlum kişi meyiti tapılıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

 

Məlumatda qeyd olunur ki, sentyabrın 9-da Sumqayıt şəhəri Corat qəsəbəsində üzərində zorakılıq əlamətləri görünməyən 25-30 yaşlı kişi meyiti aşkar edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

Polisdən həmçinin dünyasını dəyişən şəxsin fotosunu da APA-ya təqdim ediblər. Onu tanıyanlardan Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Sumqayıt şəhər Polis İdarəsinin (018) 654 -02-02 nömrələrinə zəng etmələri xahiş olunur. 

Sizin Reklam Yeriniz