news Image
2014.09.10
17:45
| A A A
Daxili İşlər Nazirliyi işçi axtarır

Müsabiqə iştirakçılarının sağlamlığı, bilik və fiziki hazırlığı yoxlanılacaq

Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə işçi qəbulu elan edib. Nazrliyin mətbuat xidmətindən anspress-ə verilnə məlumata görə, vakant olan 95 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə uyğun olaraq işçi tələb edir.


Qeyd edək ki, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən (qadınlar 170 santimetrdən) hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edir.


Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək.


Xidmətə qəbul olunmaq istəyən şəxslər 2014-cü ilin oktyabr ayının 10-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 5, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:


- şəxsiyyət vəsiqəsi; 

- təhsil haqqında sənədin əsli; 

- hərbi bilet (kişilər üçün); 

- əmək kitabçası (olanlar üçün); 


Əlavə məlumat üçün əlaqə telefonları: 

(012) 590-97-52 

(012) 590-92-37 

(012) 590-93-27 

(012) 590-92-21 

(012) 590-98-30