Əlaqə Arxiv
news Image
2014.09.10
19:15
| A A A
Azərbaycanda 700-dən çox insan qidadan zəhərlənib

Bu il ərzində Azərbaycanda əhali arasında baş verən qida zəhərlənmələrinin statistikası açıqlanıb.  Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən xəbərə görə, ötən müddət ərzində əhali arasında 619 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 722 nəfər zərər çəkib. Ötən 8 ay ərzində 13 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində  19 nəfər zərər çəkib.  Bu ilin təkcə avqust ayında Azərbaycanda əhali arasında 98 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 145 nəfər zərər çəkib. Ötən ay botulizmdən zəhərlənmə qeydə alınmayıb.

Sizin Reklam Yeriniz