news Image
2014.09.10
18:30
| A A A
Deputat yaralı jurnalistin vəziyyəti ilə maraqlandı

Deputat Aydın Mirzəzadə sentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan Vidadi İsmayılovun səhhəti ilə maraqlanıb. Movqe.az xəbər verir ki, bu barədə Facebook səhifəsində millət vəkili qeyd edib.

"Vidadi İsmayılovu yaxşı tanıyıram. Əvvəllər Qafqaz universitetidə fotoqraf idi, son illər isə "Aztelekom" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi - fotoqraf idi.

Həm universitetdə, həm Aztelekomda tədbirlərdə görüşürdük, orda şəkillərimi o çəkib. Qarabağ müharibəsinin iştirakçısı olduğu bilirdim, ancaq bunu heç vaxt vurğulamırdı. Xasiyyətcə çox mehriban, dəyərli bir insandır.

Respublika yanıq mərkəzində mülicə olunduğunu mətbuatdan oxudum. Dünən yanına getmək istədim. 5 saylı şəhər xəstəxanasının baş həkimi Ziya həkimə zəng etdim, vəziyyəti ilə maraqlandım, xəstənin yanına gəlmək istədiyimi bildirdim.

Baş həkim Vidadinin bədəninin çox yandığını, vəziyyətinin hələ ağır olduğunu, o səbəbdən yanına heç kəsin buraxılmadığını bildirdi. Eyni zamanda bildirdi ki, çoxları zəng edir, maraqlanır, yanına gəlmək istəyirlər. Təkid eləmədim", deyə deputat qeyd edib.

Millət vəkili bildirib ki, daha sonra Aztelkoma zəng edib və oradan bildiriblər ki, Vidadi partlayışdan dərhal sonra dağınıtı altında özünə güc taparaq Aztelekoma zəng edib, partlayışdan sonra dağıntı altında qaldığını bildirib: "Bu zəngdən dərhal sonra rabitəçilər bütün imkanlarını səfərbər ediblər,dağıtı yerinə gediblər. Hal-hazırda da ailəyə maksimum köməklik göstərilir.

Tez sağal, Vidadi, sənin gülər üzün, mehribanlığın əvəzedilməzdir. Allah sənə şəfa versin", deyə Aydın Mirzəzadə jurnalistə şəfa diləyib.