Əlaqə Arxiv
news Image
2014.09.11
11:05
| A A A
Qaxda avtomobil kanala aşıb - FOTO

Gəncə şəhər sakini Qax rayonu ərazisində yol qəzası törədib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə sentyabr ayının 10-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Gəncə şəhər sakini 53 yaşlı Vahid Mustafayev idarə etdiyi "Mitsubishi" markalı, 20 CV 186 dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış VAZ-2106 markalı, 10 DA 976 dövlət nömrə nişanlı  avtomobili vurub. Qəzadan sonra idarəetməni itirən V. Mustafayev avtomobili yolun kənarındakı kanala aşırıb.

 

Qəza nəticəsində sürücü xəsarət almasa da, onun həyat yoldaşı, 51 yaşlı Cəmilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

 

Qax RMX-dan APA-ya verilən məlumata görə, qəzaya nəticəsində xəsarət alan C. Mustafayevanın  bədəninin müxtəlif yerlərində əziklər aşkarlanıb, müalicəsi cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

Qeyd edək ki, qəzaya düşən ailə Qax rayonunun Zəyəm kəndində qonaq olublar. Hadisə Gəncə şəhərinə qayıdarkən baş verib. 

Sizin Reklam Yeriniz