Əlaqə Arxiv
news Image
2014.09.12
20:30
| A A A
Bakıda “Böyük Hindistan” sərgisi açıldı

Movqe.az-ın məlumatına görə, sərginin açılışında Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar, Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev, xarici ölkələrin Bakıdakı diplomatik korpuslarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Səfir Vinod Kumar bildirib ki, ilk dəfədir Bakıda belə bir sərgi təşkil olunur və hindistanlı iş adamları bu tədbirə böyük maraq göstəriblər.


Diplomat ümid edib ki, gələcəkdə bu cür tədbirlərin sayı və əhatəsi daha da genişlənəcək.


Səfir İbrahim Hacıyev isə Azərbaycanla Hindistan arasında çox gözəl münasibətlərin olduğunu vurğulayıb. Əlavə edib ki, bu sərgi iki tərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.


Daha sonra tədbir hind rəqsləri və musiqi nömrələri ilə davam edib.


Qeyd edək ki, satış-sərgidə bəzək, geyim, məişət əşyaları, hazır qidalar, düyü, çay, ədviyyatlar və digər mal və məhsullar satışa çıxarılıb.


Sərgini ilk günü olmasına baxmayaraq, xeyli insan sərgini gəzib və alış-veriş edib.  

Sizin Reklam Yeriniz