news Image
2014.09.14
11:00
| A A A
Danimarkada müsəlmanlardan İŞİD etirazı

Danimarkanın paytaxtı Kopenhagendə İŞİD əleyhinə nümayiş keçirilib.Movqe.az-ın publika.az-a istinadən xəbərinə görə , ictimai fəallar sosial medianın dəstəyi ilə bir araya gəliblər.

Şəhərin mərkəzində - Nörrebro səmtində axşama doğru mütəşəkkil olaraq bir araya gələn və aralarında danimarkalıların da olduğu fərqli etnik mənşəli müsəlmanlar etiraz nümayişini sıx yağmur altında, səssiz gedişlə reallaşdırıblar.

Əllərində "Bir insanı öldürmək bütün insanlığı öldürmək kimidir" (Quran) və "İŞİD-ə yox deyirik" şüarları yazılmış böyük bir pankartla "Nörrebrogade" prospekti boyunca irəliləyən qrup "Dronning Louises" körpüsünə qədər yürüş ediblər.

Yürüşün sonunda qrupdakılar İŞİD hücumlarında ölənlərin xatirəsini hörmətlə yad edərək, sakitcə dağılışıblar. Etiraz aksiyası Danimarka mətbuatının xüsusi diqqətini çəkib və yerli mediada geniş şəkildə işıqlandırılıb.