news Image
2014.09.14
12:12
| A A A
"İlovaysk yaxınlığında 107 hərbçi həlak olub"
Ukrayna ordusu Donetsk vilayətinin İlovaysk şəhəri yaxınlığında gedən döyüşlərdə 107 hərbçi itirib.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə naziri Valeri Geletey yerli "Pyatıy kanal" telekanalına müsahibəsində bildirib.

"Güman ki, cəsədlərin tanınması davam edəcək, lakin bu günə olan rəqəm 107-dir. Biz ən yaxşı vətənpərvərlərimizi itirdik", - deyə o bildirib.

Xatırladaq ki, avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və könüllülərin bir neçə batalyonu İlovaysk yaxınlığında mühasirəyə düşüb. Baş prokuror Vitali Yarema sentyabrın 10-da o zaman azı 200 nəfərin həlak olduğunu bildirib.

Həmin hadisələrin araşdırılması məqsədi ilə Ali Rada müvəqqəti istintaq komissiyası yaradıb.