news Image
2014.09.14
19:10
| A A A
Pakistanda kütləvi həbslər
Pakistanda kütləvi həbslər başlayıb.Movqe.az Milli.az-a istinadən xəbər verir ki, İslamabad məhkəməsi yüzə yaxın müxalifətçi fəalı 14 sutkalıq həbs etdirib.

Həbs olunan müxalifətçilər nümayişə çıxmaq haqqında qanunu pozduqlarına görə günahkar biliniblər. Onların həbsxana qandallarını hər adama ödəniləcək 200 dollar alternativ kimi əvəz edə bilər.

Yüzlərlə pakistanlı fəal hökümətin istefasını tələb edərək artıq bir aya yaxındır ki, ölkənin paytaxtı İslamabadda mitinq keçirir.
Etiraz aksiyalarının lideri keçmiş kriket üzrə professional oyunçu olanİmran Xanvə ilahiyyatçıTahir Qadridir.

İmran Xanın partiyasının nümayəndəsi bildirib ki, müxalifət həbs edilən fəalların azadlığa buraxılmasınadək hökümətlə danışıqları saxlayır.

Qeyd edilir ki, kütləvi həbslər etirazların bir ilinə həsr edilən oturaq demonstrasiyanın iştrakçılarının sayının azaldılmasına yönəlib.