news Image
2014.09.15
10:23
| A A A
Şotlandiya İngiltərədən ayrılacaq?

İngiltərəylə Şotlandiya arasındakı 307 illik birliyin davam edib-etməyəcəyini təyin edəcək referenduma 72 saat qalmış, tərəflərin kampaniyaları kulminasiya nöqtəsinə çatıb. İctimaiyyət araşdırması edən bəzi  şirkətlər "bəli", bəzi şirkətlər də "xeyr" deyib, düyünü qərarsızların həll edəcəyi deyilir. Movqe.az xəbər verir ki, Şotlandiya Regional Hökuməti Baş naziri Aleks Salmond, "Bu, həyatda bir dəfə gələ biləcək bir fürsətdir" deyərək xalqdan "bəli" deməsini istəyib. İngiltərə Kraliçası 2-ci Elizabet isə referendum üçün "Ümid edirəm ki, xalq gələcəyi mövzusunda çox diqqətli düşünəcək" deyib.  18 sentyabrdakı referendumda "bəli" səsi çıxarsa, birliyin 309-ncu ildönümü olan 24 Mart 2016-cı ildə Şotlandiya, Birləşmiş Krallıqdan rəsmən ayrılacaq.

 

Müstəqillik tərəfdarları 2-ci Elizabetə kraliça deməyə davam etmək istəyir. Lakin hər nə qədər Avropa Birliyinə (AB) üzv olmaq istəsələr də, AB-dən gələn şərhlər yaxın dövrdə bunun mümkün olmayacağı istiqamətindədir. Dövlətin borcları paylaşdırılacaq, lakin yeni Şotlandiyanın sterlinq istifadə istifadə edib etməyəcəyi mövzusu hələki naməlumdur.