news Image
2014.09.15
10:57
| A A A
Ağcabədidə üç maşın toqquşub, bir nəfər ölüb

Ağcabədidə ağır yol qəzası baş verib.


Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) qeydə alınıb.

 

BMW, "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində ölüb.

 

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E. Bəbişovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.