Əlaqə Arxiv
news Image
2014.09.15
14:23
| A A A
Bu gün Azərbaycanda 1405 gənc müəllim “müəllim andı” içdikdən sonra fəaliyyətə başlayıb

2014-2015-ci tədris ilində 1405 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayıb.


Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq "müəllim andı" içdikdən sonra məktəblərdə fəaliyyət göstərəcəklər. Andiçmə müəllimin fəaliyyətə başladığı zaman bir dəfə olur. Sonradan Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

 

Təhsil nazirinin əmri ilə yeni təsdiqlənən "Müəllimlərin etik davranış qaydaları"nda "Müəllim andı" da əksini tapıb.  "Müəllimlərin etik davranış qaydaları"na əsasən, and Azərbaycanla müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: "Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm".

 

Qeyd edək ki, 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 17 962 nəfər ərizə verib. müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib.


Sizin Reklam Yeriniz