Yeni məktəbdə "Bilik günü" coşqusu-REPORTAJ
Bu gün Bakının Binəqədi rayonunda, 182 nömrəli tam orta məktəbin
yeni binasında "Bilik günü" qeyd olunub. Movqe.az xəbər verir ki,məktəbin yeni binasında
keçiriləcək ilk dərs gününün sevincini yaşayan şagird və valideylər
"Bilik günü"nü böyük coşqu ilə qeyd ediblər. Azərbaycanın dövlət
himni ilə başlayan bayram tədbiri orta məktəbin direktoru Zinyət
Tağıyevanın çıxışı ilə davam edib. Məktəbin yeni binasında
şagirdləri salamlayan Ziynət Tağıyeva, bu təhsil ocağının yeni
binasının tikintisinə sərəncam verən ölkə başçısı cənab İlham
Əliyevə məktəb kollektivi, şagird və valideynlər adından dərin
minnətdarlığını bildirib. Z. Tağıyeva 182 saylı məktəbdə
şagirdlərin təhsil alması üçün yaradılan bu şəraitə görə "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramının müəllifi Mehriban Əliyevaya da
minnətdarlığını ifadə edib. Z. Tağıyeva qeyd edib ki, Binəqədi
rayon icra başçısının, icra aparatının rayonda apardığı analoqu
olmayan abadlıq-quruculuq işlərində, məktəbin tikintisində olan
xüsusi əməklərinə görə hər birinə dərin minnətdarlığını bildirir:
"Binəqədi rayon icra başçısının əməyi sayəsində rayonumuz Bakının
digər rayonları arasında sürətlə simasını dəyişən, gözəlləşən
rayona çevrilib. İcra başçısı Xaləddin İsgəndərovun rayonda
apardığı bu tədbirlər qəsəbə sakinləri tərəfindən böyük razılıq və
minnətdarlıqla qarşılanıb".
Bu gün yeni məktəbin 3 minə yaxın şagirdi qarşıladığını söyləyən məktəb direktoru, məktəbin pedoqoji heyyəti adından tədrisin yüksək səviyyədə, yaradılan şəraitə uyğun aparılacağına da vəd verib. Tədbir icra başçısının müavini Aygün Əliyevanın nitqi ilə davam edib. Birincilər ilk dəfə 182 saylı məktəbin yeni binasındakı müasir, yüksək təhsil standartlarına cavab verən sinif otaqlarına qədəmlərini qoyublar".
Xatırladaq ki, Binəqədi rayonunda yerləşən 182 saylı məktəbin yeni binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə sentyabrın 13-də açılıb. Dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, məktəbin əvvəlki binası 1962-ci ildə inşa edilib. 31 sinif otağından ibarət məktəb 800 yerlik olub. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək 3 mərtəbədən, 65 sinif otağından ibarət müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə verilib. 1300 şagird yerlik yeni binada 10 fənn kabineti yaradılıb. Bütün sinif otaqları ən müasir standartlar səviyyəsində olan məktəb zəruri avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Təhsil müəssisəsində yeni istilik və işıqlandırma sistemləri quraşdırılıb. Bu məktəbdə də idmanın müxtəlif növlərinin öyrədilməsi üçün müasir zal və meydançalar var. Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxaraq, yaradılan şəraitlə yaxından tanış olub.