Əlaqə Arxiv
news Image
2014.09.16
13:50
| A A A
Bu yoldan keçməyin
Daha bir yol avtomobillərin hərəkəti üçün bağlanacaq Bu gün Bakıda daha bir yol avtomobillərin hərəkəti üçün bağlanacaq. 

Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, axşam saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Rixard Zorge küçələrində yol bağlanacaq.

Onun sözlərinə görə, yolda abadlıq işləri görüldüyü üçün hərəkət məhdudlaşacaq.

"Keykab Səfərəliyeva və Rixard Zorge küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Puşkin küçəsi isə qismən bağlı olacaq. İşlər sabah yekunlaşacaq", - deyə Pünhan Mürsəliyev bildirib.
Sizin Reklam Yeriniz