news Image
2014.09.16
17:40
| A A A
Azərbaycanda qatar 39 yaşlı kişini vurdu

Xəstəni qəbul edən növbətçi həkim onun sərxoş olduğunu bildirib

Tovuz rayonunda qatarın iştirakı ilə bədbəxt hadisə baş verib. Məlumata görə, qatar rayonun Əyyublu kənd sakini 39 yaşlı Qabil Rzayevi vurub. 


Gecə saatlarında baş verən hadisədə ağır yaralanan Q.Rzayev Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin ciddi tibbi müayinəsindən sonra onu ölümün pəncəsindən xilas etmək mümkün olub. 


Xəstəni qəbul edən növbətçi həkim onun sərxoş olduğunu bildirib. Zərərçəkmişin qardaşı Habil Rzayev isə qardaşının hadisə baş verən zaman onun fikirli olduğunu iddia edir.


Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

(Anspress)