news Image
2014.09.17
09:35
| A A A
Cəbhədə atəşkəs yenidən pozuldu

Ermənistan silahlı qüvvələri mövqelərimizi yenə atəşə tutublar

Cəbhə xəttində atəşkəs yenidən pozulub.


Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Qarşı tərəf cavab atəşi ilə susdurulub.