Əlaqə Arxiv
news Image
2014.09.17
18:35
| A A A
Rusiya şərti rəqibi məhv etdi

Rusiyanın Sakit okean donanmasının gəmiləri ölkənin şərqindəki hərbi dairənin döyüş hazırlığının qəfil (xəbər verilmədən) yoxlanılması çərçivəsində şərti rəqibi məhv edib.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Naziriliyinin mətbuat xidməti və informasiya idarəsi xəbər verib.

Şərq hərbi dairəsində (Uzaq Şərq və Şərqi Sibir) sentyabrın 18-dək qoşunların bütün tərkibində hərbi hazırlığın qəfil yoxlanılması, eləcə də regional hökumətin və federal infrastruktur dairələrinin səfərbərlik yoxlanışı həyata keçirilir. Dairənin tərkibinə dörd ümumi qoşun hissələri, HHQ və HHM-in Üçüncü komandanlığı və Sakit okean donanması daxildir.

Məlumatda bildirilir ki, hərbi mütəxəssislər Primorsk və Kamçatka istiqamətlərində keçirilən təlimlərin gedişində ən yeni radiolakasiya kəşfiyyat sistemlərindən və pilotsuz təyyarələrdən istifadə edirlər. Bütün məlumatlar komandanlığın məntəqələrinə çatdırılır. Obyektin məhv edilməsi üçün mütəxəssislər qoşun qruplaşmalarının bütün növlərinin gücündən: hava və quru qoşun bölmələrindən, eləcə də sualtı gəmilərdən istifadə edirlər.

Sizin Reklam Yeriniz