news Image
2014.09.18
10:40
| A A A
Zaqatalada 75 yaşlı kişi intihar edib

Zaqatalada intihar hadisəsi baş verib.

 

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Suvagil kəndində qeydə alınıb.

 

Kənd sakini, 1939-cu il təvəllüdlü Zübahir Qurbanov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.