news Image
2014.09.18
13:24
| A A A
Şotlandiyada müstəqillik referendumu

Şotlandiyada təşkil olunan referendumda xalq, Birləşmiş Krallıqdan ayrılıb-ayrılmamaq üçün səs verməyə gedir.

Movqe.az xəbər verir ki, səsvermə yerli saatla 7.00-da başlayıb. 16 yaşdan başlayaraq 4 milyondan çox seçici ölkə daxilindəki 2608 seçki mərkəzində saat 22.00 qədər səs verə  biləcək. Seçicilər səsvermə vərəqəsində yerləşən Şotlandiya müstəqil bir ölkə olmalıdır?" sualına "Bəli" və ya "Xeyr" variantını işarələyərək cavablarını verəcəklər. 

Referendum nəticəsi cümə günü açıqlanacaq. 


Şotlandiya, 1707-ci ildə Şotlandiya və İngilis parlamentləri tərəfindən qəbul edilən Birləşmə Akt ilə Birləşmiş Krallıq adı altında idarə olunmağa başlamışdı.